reklam
» Təbi fəlakətlə əlaqədar Zərdab rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilmişdir

reklam

Təbi fəlakətlə əlaqədar Zərdab rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilmişdir

 
Zərdab rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən mayın 21-də saat 15:00-dan başlayan, yağış və dolu ilə müşayiət olunan güclü külək rayon ərazisində ciddi fəsadlar törətmişdir. Zərdab şəhər sakini, 1985-ci il təvəllüdlü Davudov Qənimət Həmzət oğlu Gödəkqobu kəndində atasının həyətində təsərrüfat işlərinə köməklik edərkən küləyin uçurduğu ağac onun üstünə düşmüş və o, yerindəcə dünyasını dəyişmişdir. Əsən güclü külək və yağış nəticəsində çoxsaylı elektrik və rabitə dirəkləri uçmuş, dam örtükləri yerindən qopmuş, rayonun bütün ərazisi işıqsız qalmışdır. Küçələr suyun altında qalmış, kökündən qopan ağacların uçması nəticəsində sahibkarlıq obyektləri, şəxsi evlər və digər tikililər zərər çəkmiş, yağış və dolu kənd təsərrüfatı bitkilərinə, xüsusən taxıl və pambıq sahələrinə, ipəkqurduna ciddi ziyanlıq vurmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı yanında operativ müşavirə keçirilmiş, baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdirilmişdir. Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır və dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

RegionXeberleri.com 


Paylaş:


Müəllif : Tarix:
22-05-2017, 14:06
  


loading...
Загрузка...