reklam
» » Azərbaycanda eks-prezidentlərin ailələrinə dövlət büdcəsindən nə qədər xərclənib? – RƏSMİ

reklam

Azərbaycanda eks-prezidentlərin ailələrinə dövlət büdcəsindən nə qədər xərclənib? – RƏSMİ

2016-cı ildə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminat xərcləri” üzrə təsdiq edilmiş 287,5 min manat təyinata qarşı icra 284 min manat və ya 99,8% təşkil edib. Qeyd edək ki, hesabat ilində icra məbləği 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 65,5% çox, 2015-ci ilə nəzərən isə 1 faiz azdır.
RegionXeberleri.com  modern.az-a istinadən verdiyi məlumata görə, bu haqda “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununa əsasən, Azərbaycanın keçmiş Prezidentinə fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 50%-i məbləğində aylıq pensiya, vəfat etmiş Prezidentin ailə üzvünə isə həmin aylıq pensiya məbləğindən 50%-i məbləğində müavinət ödənilir.
Bundan əlavə, keçmiş Prezidentə nəqliyyat vasitəsi, sürücü, təhlükəsizlik heyəti təminatları və fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 20%-i məbləğində təmsilçilik xərcləri də nəzərdə tutulub.
Hesabat ilində vəfat etmiş keçmiş Prezidentin ailə üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Digər müavinət və transfertlər” xərc maddəsindən ümumilikdə 45 min manat müavinət, keçmiş Prezidentə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi tərəfindən “Digər təqaüdlər” xərc maddəsindən ümumilikdə 90 min manat pensiya ödənilib.
Digər təminatlarla bağlı Maliyyə Nazirliyi tərəfindən “Sair xərclər” maddəsindən ümumilikdə 147,9 min manat, “Bank xərclər” maddəsindən isə 1,1 min manat vəsait xərclənib.


Paylaş:


Müəllif : Tarix:
24-05-2017, 14:44
  


loading...
Загрузка...