Gigiyena və Epidemiologiya Mərkəzinin çimərlik fırıldağı - İDDİA » Regionxeberleri.com Gigiyena və Epidemiologiya Mərkəzinin çimərlik fırıldağı - İDDİA » Regionxeberleri.com

reklam
» » Gigiyena və Epidemiologiya Mərkəzinin çimərlik fırıldağı - İDDİA

reklam

Gigiyena və Epidemiologiya Mərkəzinin çimərlik fırıldağı - İDDİA

“Qaradağ və Səbail rayonlarında yerləşən çimərlik zonalarında çimmək qadağandır.” DİA.AZ bildirir ki, bunu yerli KİV-ə açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, adı gedən zonalardan başqa yerdə qalan bütün qanuni çimərlik zonalarında çimmək olar: “Bu iki çimərlikdə çimmək təhlükəlidir. Çünki orda bakterioloji çirklənmə aşkarlanıb.”

Ziyəddin Kazımov bu barədə aiddiyatı qurumlara məlumat verildiyini vurğulayıb: “Bunda əlavə mətbuatda da məlumat verilib.”
Onu da qeyd edək ki, hörmətli Ziyəddin Kazımov uzun illərdir ki, hər il mövsümündə eyni şablon açıqlama ilə çıxış edir ki, bu da kifayət qədər diqqətçəkəndir. Elə Dia.az-a daxil olan informasiya da Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirinin mövsümi açıqlamalarının arxasında fərqli məqamları ortaya çıxarır.

Bununla bağlı DİA.AZ-a açıqlama verən məlumatlı mənbə ilginc iddiada bulunub. Həmin iddianı olduğu kimi təqdim edirik:

"Neçə ildir ki, gigiyena və epidemiologiya mərkəzi başda olmaqla müvafiq dövlət qurumları Səbail və Qaradağdakı çinərlikləri TƏHLÜKƏLİ elan edirlər. Səbəb kimi deyirlər ki, vətəndaşlar infeksion xəstəliklərə yoluxa bilər... Amma faktdır ki, ən çox vətəndaşın getdiyin çimərliklər də oralardır. Amma bir nəfər də olsun onların dediyi xəstəliyə yoluxmayıb.
Çünki GERÇƏK SƏBƏB başqadır... Həmin çimərliklərdəki obyektlərin sahibləri deyilən qurumlara HAQQ vermir... ona görə də GİGİYENA qoruyucuları da vətəndaşların "qeydinə qalası olurlar"..."

Mənbə dia.az-a açıqlamasında maraqlı bir məqama da toxunub: "Əgər həqiqətən də sözügedən çimərliklər az qala 25 ildir təıhlükəlidirsə, nədən buna bir əncam edilmir. Deməli, məsələ başqadır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
29-06-2017, 11:47
  


loading...