reklam
» » Deputatın qardaşı ilə bağlı DGK-dan xəbərdarlıq - açıqlama

reklam

Deputatın qardaşı ilə bağlı DGK-dan xəbərdarlıq - açıqlama

 
“Bir sıra kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində qeyri-qanuni yollarla külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə məşğul olan şəbəkənin aşkar edilməsi, ölkənin gömrük-sərhəd buraxılış məntəqələrindən birinin rəisinin də şəbəkə üzvləri arasında olması və həmin şəxsin də həbs edilməsi, evində, avtomobilində axtarış aparılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi mövcud gömrük qanunvericiliyin tələblərinə uyğun olaraq qaçaqmalçılıq, o cümlədən valyuta qaçaqmalçılığına qarşı qətiyyətli mübarizə aparır və bu barədə kütləvi informasiya vasitələri, eyni zamanda komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin aprel ayında adıçəkilən gömrük postunda külli miqdarda rus rublunu ölkədən qanunsuz yolla çıxarmaq istəyən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanıb və müvafiq araşdırmalar aparılır. Eyni zamanda, aşkar edilən həmin qaçaqmalçılıq faktının həyata keçirilməsinə cəhddə digər şəxslərin, eləcə də gömrük əməkdaşlarının iştirakının olub-olmaması da araşdırılır və istintaqın yekununa uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, faktla bağlı hər hansı gömrük əməkdaşı saxlanılmayıb, evində, avtomobilində axtarış aparılmayıb.
Dövlət Gömrük Komitəsi bir daha kütləvi informasiya vasitələrini və jurnalistləri komitənin fəaliyyətinə dair məlumatları rəsmi mövqe öyrənməklə yaymağın həm Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, həm də jurnalist etikasına hörmətin təzahürü olduğunu diqqətə çatdırır.
Xatırladaq ki, bu günlərdə YAP-çı millət vəkili Məlahət İbrahimqızının qardaşı, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılması ilə bağlı bəzi internet resurslarında informasiya yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.


Paylaş:


Müəllif : Tarix:
4-07-2017, 09:21
  


loading...
Загрузка...