reklam
» » Bakı Biznes Universitetində özbaşınalıq - İDDİA

reklam

Bakı Biznes Universitetində özbaşınalıq - İDDİA

Bakı Biznes Universitetindən məzun olmuş köcürülmə ilə gələn tələbələr indiyə kimi niyə öz diplomlarını ala bilmirlər? Bakı Biznes Universitetində saxtakarlıqlar və koorupsiya halları baş alıb gedir. Bunların qarşısı niyə alnmır? İl ərzində dəfələrlə Jurnal və İmtahan vərəqələri dəyişdirilir. Niyə? Səbəb? Məqsəd? Təhsil Nazirliyinin nümayəndəsi İlyar Vahabov sənədləri yoxlamağa gələndə bunları görmürdümü? Niyə ciddi tədbir görülmürdü?

Qiyabi şöbəsində təhsil alan bir qrup üzrə 37 nəfərdən ibarət tələbələrdən, sessiya zamanı auditoriyada yalnız maksimum 13 nəfərdən ibarət tələbə görmək mümkün idi. Lakin sessiyanın yekununda imtahan vərəqələrində bu say 30 – a gəlib çıxırdı. Bu tələbələr imtahan sessiyasında iştirak etməyərək necə oldu ki, qiymət almağa müvəffəq oldular? Əlbəttə ki, dəyişdirilən İmtahan vərəqələrinin sayəsində.

İllərlə universitetin qapısını tanımayan tələbə sonda Dövlət Attestasiya İmtahanında xala – xətir qalmasın deyə iştirak edib, universitetdən məzun olaraq, diplom ala bildilər. Lakin il boyu sessiyalarda və imtahanlarda iştirak edən tələbələr indiyədək diplom ala bilməmişlər. Günahı isə Təhsil Nazirliyinin üzərinə qoyulur. Sessiya başlananda təhsil haqqını qəpiyə qədər ödətdirib auditoriyaya buraxan universitet indi niyə günahı Təhsil Nazirliyində görür? Təhsil haqqını yarısını ödəyib, qalan hissəsini ödəməyən tələbələrə bir gün belə möhlət verməyərək imtahana buraxmayıb, kəsrə saxlayaraq, məcburi universitetin kassasına kredit ödətdirilirdi. Bu universitetdə özbaşınalıqlar baş alıb gedir. Universitetin rektoru iqtisad elmləri doktoru, professor İbad Musa oğlu Abbasov və Azərbaycan Resblikası Təhsil Naziri Mikayıl Çingiz oğlu Cabbarovun bu işlərdən xəbəri varmı?

Bu yazılan faktlara və çoxsaylı suallara cavab almaq istərdik. Çünki Universitet nümayəndələrindən dəqiq məlumat almağa çalışsaq da heç bir nəticə əldə edə bilmədik.

Karabakhmedia.az


Paylaş:


Müəllif : Tarix:
3-08-2017, 09:44
  


loading...
Загрузка...