reklam
» » Dünyanın ən böyük yaxtasına sahib olan azərbaycanlı - Fotolar

reklam

Dünyanın ən böyük yaxtasına sahib olan azərbaycanlı - Fotolar

 

Türkiyədə istirahət edən Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov qardaş ölkə mətbuatının gündəmindən düşmür.

http://yenicag.az/files/uploads/2017/08/yencag.az_2017-08-18_13-45-43-300x188.jpg 300w" sizes="(max-width: 640px) 100vw, 640px" style="height:auto;">Yenicag.az xəbər verir ki, Bodrumda ailəsi ilə dincələn Əhmədov getdiyi restoranda ofisiantlara verdiyi bəxşişlərlə də yadda qalıb.

350 avroluq hesab ödəyən milyarder, masaya qulluq edən 3 ofisiantın hər birinə 50 avro bəxşiş verib.

http://yenicag.az/files/uploads/2017/08/yencag.az_2017-08-18_13-44-59-300x188.jpg 300w" sizes="(max-width: 640px) 100vw, 640px" style="height:auto;">

Qeyd edək ki, “Nortqaz” şirkətinin eks-sahibi Türkiyəyə 320 milyon dəyərində olan “Luna” adlı yaxta ilə gəlib. O, sözügedən yaxtanı rusiyalı milyarder, “Çelsi” futbol klubunun prezidenti Roman Abramoviçdən satın alıb. 115 metr uzunluğunda olan yaxtada hovuzdan tutmuş, helikopter meydançasına qədər var. “Luna”nın pəncərələri isə zirehlidir. Burada Əhmədovlar ailəsinə 30 xidmətçi qulluq edir. Onların mühafizəsi üçün isə yaxtada 20 nəfər yer alıb.

http://yenicag.az/files/uploads/2017/08/yencag.az_2017-08-18_13-49-20-300x188.jpg 300w" sizes="(max-width: 637px) 100vw, 637px" style="height:auto;">Maraq üçün onu da qeyd edək ki, Əhmədov sözügedən yaxtaya 2014-cü ildə sahiblənib. O zaman yayılan xəbərlərdə bildirilirdi ki, “Luna” dünyanın ən böyük yaxtasıdır.

 




Paylaş:


Müəllif : Tarix:
18-08-2017, 20:32
  
loading...