» » "Faytonçu" Nazimi ölüm həddinə kim çatdırdı? - Vətəndaşı söyən sabiq başçı qatil rolunda

"Faytonçu" Nazimi ölüm həddinə kim çatdırdı? - Vətəndaşı söyən sabiq başçı qatil rolunda

Faytonçu ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari uzun müddətdir ki, xəstəliklə mübarizə aparır.

Yenicag.az xəbər verir ki, müğənninin iddiasına görə, onu bu hala azərbaycanlı həkim salıb.

Müalicəsi üçün “ElMed” klinikasına yollanan ifaçının əməliyyatını Elman Əzimov adlı həkim edib. Lakin əməliyyat uğursuz alındığından Nazimin səhhəti daha da pisləşib. Çıxılmaz vəziyyətdə qalan müğənni, müalicəsini Türkiyədə davam etdirməli olub.

Araşdırmamız nəticəsində məlum oldu ki, müğənninin səhhətinə ciddi şəkildə zərər vuran həkimin çalışdığı “ElMed” klinikası Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevə məxsusdur. Hazırda sözügedən klinikanı Mahmud bəyin qardaşı Hümbət Səfərov işlədir.

Maraq üçün bildirək ki, Mahmud Quliyev vəzifədə olduğu müddət ərzində rəhbərlik etdiyi rayonun camaatının sosial qayğılarını həll etmək, cəbrayıllılara daha yaxşı şərait yaratmaq əvəzinə, vaxtının böyük hissəsini tamam başqa məsələlərə sərf edib. Bura vəzifədən sui-istifadə edərək, insanların haqlarını tapdalayaraq şəxsi biznesini yaxşılaşdırmaq və genişləndirmək də daxildir.

Təbii ki, Hümbət Səfərov da heç qardaşından geri qalmayıb. Hər halda məcburi köçkünə məxsus olan torpaq sahəsini mənimsəyib, öz villasına yol çəkən də Hümbət Səfərovun özüdür.

Fərqli soyadlara məxsus olan qardaşlardan Hümbət barədə vaxtı ilə cinayət işi də açılıb. O, məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunub. Belə ki, Hümbət 400 min manata nisyə satın aldığı restoranın pulunu sonradan verməkdən boyun qaçırdıb. Nəticədə, Hümbət Nayfalı oğlu Səfərov haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Ümumilikdə, Mahmud Quliyev barədə də mətbuatda kifayət qədər xoşagəlməz xəbərlərə rast gəlmək mümkündür. Məcburi köçkünü təhqir edən, sadə vətəndaşlara qarşı daima yuxarıdan aşağı baxmaq siyasətini seçən Quliyevin imperiyasını Azərbaycan prezidenti İlham Əliyev süquta uğradıb.

O, öz fəaliyyətini Azərbaycan prezidentinin qarşıya qoyduğu tələblər səviyyəsində qura bilmədiyi, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərdiyi, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirdiyi, təvazökarlıqdan uzaq hərəkətlərə yol verdiyi üçün ötən ilin əvvəlində vəzifəsindən uzaqlaşdırılıb.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 16:49
  
loading...