reklam
» » Avtomobillərin qiymətini kimlər qaldırır...

reklam

Avtomobillərin qiymətini kimlər qaldırır...

 
Zamanla hamı hansısa vasitə ilə avtomobil sahibi olmaq istəyir: kimi kreditlə, kimi nağd pula. Amma hazırda avtomobillərin qiyməti o qədər bahalaşıb ki, yaxın durmaq olmur. Qiymət artımı yalnız yeni avtomobillərdə deyil, işlənmiş avtomobillərdə də müşahidə edilir. Bəs görəsən qiymət artımına səbəb nədir? İşlənmiş avtomobillərin qiyməti dövlət tərəfindən tənzimlənə bilərmi?
 
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, avtomobillərin qiymət artımının səbəbi məzənnə fərqindən qaynaqlanır.
 
“Köhnə məzənnə zamanı alınıb gətirilən salonda manata çevrilərkən tamam başqa qiymətlər idi, indi isə təqribən 2,2 dəfə yeni avtomobillərdə qiymət artımı var. Bu sırf məzənnə ilə bağlıdır. Manatla qiymətlərin kəskin artması yeni avtomobillərin satışının xeyli dərəcədə azalmasına səbəb olub. Elə bunun nəticəsidir ki, yeni avtomobillərin satışı azaldıqca işlənmiş avtomobillərə tələbat artır və tələbat artımı qiymətlərə də təsir göstərir. Bunun nəticəsində işlənmiş avtomobillərin qiymətində artım müşahidə olunur”.
Natiq Cəfərlinin sözlərinə görə, avtomobillərin qiymətinin artmasının başqa bir səbəbi benzinin qiymətinin artmasıdır.
 
“İlk növbədə benzinin qiymətinin qalxmasından sonra dizel yanacağı ilə işləyən avtomobillərə tələbat artıb. Dizel mühərrikli avtomobillərin qiymətində müəyyən artım oldu. Amma ümumilikdə götürdükdə yeni avtomobil almağa gücü çatmayanlar, qiymətin çox baha olduğunu nəzər alaraq işlənmiş avtomobillərə üz tuturlar. Bir tərəfdən də bankların avtomobil kreditlərini azaltması da bunun səbəblərindən biridir. Yeni maşın almaq istəyən, amma buna imkanı çatmayanlar nisbətən ili təzə avtomobillərə meyl göstərirlər. Tələbat çox olduğundan bu seqmentdəki avtomobillərin qiymətində artım olur. Yeni avtomobillərin qiymətlərinin artması işlənmiş avtomobil bazarında qiymətlərinin artmasına əsas təkanverici hadisə oldu”.
 
Ekspert bildirib ki, işlənmiş avtomobillərin qiymətinə dövlət nəzarətindən söz gedə bilməz.
 
“Tələb və təklif qaydalarına görə, alqı-satqı satıcı ilə alıcı arasında fərdi anlaşma əsasında həyata keçirilir. Burada hər hansı şəkildə müdaxilələrin olması, tənzimləmələrin olması doğru deyil və belə yanaşma doğru olmaz. Ölkəyə gətirilən ikinci l avtomobillərin gömrük rüsumları və yaxud vergiləri ilə bağlı zaman-zaman Azərbaycan hökuməti qərar verdi. Bir neçə il bundan əvvəl 2005-ci ildən köhnə olan Avropa istehsalı, 2011-ci ildən köhnə Asiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsinə müəyyən standartlara görə qadağa qoyuldu. Bu ölkəyə işlənmiş avtomobillərin gətirilməsini xeyli dərəcədə azaltdı. Bu doğru addımdır, çünki, köhnə avtomobillər ekoloji cəhətdən ətraf mühitə daha çox ziyan vururlar. Belə addımlarla dövlət və hökumət qurumları qiymətləri tənzimləyə bilir. Amma özəl mülkiyyətin hər hansı bir formada satışa çıxararkən dövlət tərəfindən buna müdaxilə olunması, hər hansı bir formada bunun tənzimlənməsi doğru deyil. Bu insanın mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər”.


Paylaş:


Müəllif : Tarix:
23-08-2017, 17:56
  


loading...