X
FHN: Xızıda partlayışlar davam edir » Regionxeberleri.com FHN: Xızıda partlayışlar davam edir » Regionxeberleri.com

reklam
» » FHN: Xızıda partlayışlar davam edir

reklam

FHN: Xızıda partlayışlar davam edir

Bu gün yanğın baş verən ərazidə hələ də partlayışlar müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda belə deyilir.

Xəbərdə bildirilir ki, yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.

Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.


Paylaş:


Müəllif : Tarix:
27-08-2017, 16:28
  


loading...