reklam
» » Gömrük nəzarətindən gizlədilmiş külli miqdarda zəli aşkarlanıb

reklam

Gömrük nəzarətindən gizlədilmiş külli miqdarda zəli aşkarlanıb

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda zəli növünün aşkar edilməsi faktı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutuna müraciət daxil olub.

AMEA-nın Zoologiya İnstitunun direktoru Elman Yusifov Trend-ə bildirib ki, məsələ İnstitutun Elmi Şurasında müzakirəyə çıxarılıb. Təhvil verilmiş zəlilərin xüsusi süni rejim şəraitində saxlanılması üçün 6 mütəxəssis ayrılıb. İnstitutun Elmi Şurasında zəlilərlə bağlı qərar qəbul edilib”.

E.Yusifov deyib ki, bu zəlilərin arasında at zəlisi (Limnatis nilotica) və xəstə zəlilərin olduğundan həmin zəlilərin satış məqsədilə apteklərə verilməsi və müalicə məqsədilə istifadə olunması sağlamlıq üçün təhlükəlidir.

Onun sözlərinə görə, indiki qeyri-əlverişli iqlim şəraitində zəlilərin təbii su hövzələrinə buraxılması onların məhvinə səbəb ola bilər.

E.Yusifov bildirib ki, təxminən 30 min zəlinin bir gölə buraxılması həmin ekosistemin balansının pozulmasına (oradakı amfibilər, suilanları və balıqların parazitar xəstəliklərə yoluxmasına, böyük dozada qan sorma nəticəsində kökünün kəsilməsinə) və sonda zəlilərin məhvinə gətirib çıxara bilər. Zəlilər yalnız onların həyat şəraitini təmin edən (flora, fauna, suyun temperaturu, mineral tərkibi və s.) göllərə buraxıla bilər:

“Bu barədə Dövlət Gömrük Komitəsinin rəsmiləri ilə Zoologiya İnstitutunun mütəxəssisləri birgə razılığa gəlib. Qərara əsasən, birinci mərhələdə zəlilər Gömrük Komitəsinin və media nümayəndələrinin iştirakı ilə AMEA Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə hidrobioloji laboratoriyası ərazisindəki süni göllərdə xüsusi şəraitdə bir müddət saxlanılacaq. Yalnız bundan sonra ölkə ərazisində zəlilərin yayıldığı müxtəlif təbii su hövzələrinə buraxılacaq”.


Paylaş:


Müəllif : Tarix:
6-02-2017, 14:41
  


loading...
Загрузка...