» » Günəşdə partlayışlar süni yolla yaradıldı - Ekoloq

Günəşdə partlayışlar süni yolla yaradıldı - Ekoloq

 
Hazırda dünyada qlobal istiləşmənin reklamı aparılır.

Bu sözləri  ekoloq Telman Zeynalov qlobal istiləşmə ilə bağlı problemi şərh edərkən söyləyib.

“Hələ havada o qədər də dəhşətli istilər yoxdur. Son dövrlərdə Yer kürəsi öz oxu ətrafında bir az istiqamətini dəyişib. Günəş isə yavaş-yavaş sönməyə başlayıb. Günəşin 11, 25, 50, 100 illik tsiklları var. İndi isə Günəş hələlik yatıb. Bir neçə gün əvvəl Günəşdə baş verən partlayışlar süni surətdə yaradılıb”.

Ekoloq bildirib ki, qlobal istiləşmə su qıtlığı, xəstəliklər, canlıların yox olması deməkdir:

“Belə hallar isə yoxdur. Bu oyundur. İndi isə çoxları bunun oyun olduğunu anlayır, amma qlobal istiləşmə anlayışını ortaya atanlar hələ də kifayət qədər maliyyə ayırırlar ki, öz reklamlarını aparsınlar. Dünyada çirkin oyunlar gedir”, – deyə o bildirib


Paylaş:


Müəllif : Tarix:
22-09-2017, 09:11
  
loading...