» » İstanbulda qəzaya uğrayan təyyarə Azərbaycanlı biznesmenindir - Yaralılar var

İstanbulda qəzaya uğrayan təyyarə Azərbaycanlı biznesmenindir - Yaralılar var

 

İstanbulun Atatürk hava limanında ötən gün Azərbaycandan olan iş adamına məxsus “Cessna Citation 650” təyyarəsi qəzaya uğrayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbuldan havaya qalxan özəl təyyarədə texniki nasazlıq yaranıb və heyət Atatürk aeroportuna geri qayıdıb təcili eniş etmək üçün icazə istəyib. Qəza enişi zamanı təyyarə uçuş-enmə zolağından çıxıb üç yerdən parçalanıb, ardınca alovlanıb. Yanğında təyyarənin iki pilotu, bir stüardessa və bir sərnişin olmaqla 4 nəfər yaralanıb. Həmin özəl təyyarədə məşhur müğənni Gökhan Güneyin arvadı Özlem Güneyin stüardessa kimi fəaliyyət göstərdiyi, lakin həmin gün işi olduğu üçün uçuşa getmədiyi bildirilir.

TC-KON bort nişanlı təyyarənin qəzaya uğraması nəticəsində Atatürk hava limanı təxminən bir saat fəaliyyətini dayandırıb. Qəzada yaralanan pilotlar Muzaffer Kütük, Mümin Turan, stüardessa Duyğu Doğaçay və sərnişin Mehmet Şahindir. Onların aldıqları xəsarətlər elə də ağır deyil. Ankara valisi Şahin jurnalistlərə bildirib ki, təyyarə yerli vaxtla saat 21.20 –də Şimali Kiprə uçmaq üçün Ankara Atatürk aeroportundan havaya qalxıb. Qısa müddət sonra təyyarədə texniki nasazlıq yaranıb və heyət təcili eniş icazəsi istəyib.

 

210200_srcTəyyarə qəza enişi edib, ancaq uçuş-enmə zolağının sonunda tormozlaya bilməyib və zolaqdan çıxıb. Təyyarənin gövdəsinin qruntla sürtünməsindən yanğın və parçalanma baş verib. Təyyarə 100 metrə yaxın sürüşdükdən sonra dayanıb. “Yanğınsöndürənlər hazır vəziyyətdə gözləyirdi. Onlar dərhal yanğına müdaxilə etdilər. Deyəsən təyyarədəkilər qəza anında atıla biliblər. Ölən yoxdur, yaralılar xəstəxanaya yerləşdirilib, aerportda uçuşlar bərpa edilib”-vali bildirib.

 

210201_srcTürkiyə KİV-ləri bildirir ki, qəzaya uğrayan təyyarə azərbaycanlı iş adamına məxsusdur. O, təyyarəni bir neçə ay əvvəl satın alıbmış. Təyyarə ötən həftə ilk seriyası yayımlanan və məşhur aktyor Erkan Petekkayanın oynadığı serialda da istifadə edilib. Serialda təyyarə Əfqanıstana uçur, Petekkayanın təyyarəyə mindiyi görünür.

Təyyarənin bundan əvvəlki sahiblərindən biri “Sanko Holding” olub. Holdinqdən verilən açıqlamada bildirilir ki, qəzaya uğrayan təyyarə onlara məxsus idi, ancaq 2014-cü ildə satılıb. Təyyarənin stüardessası Özlem Güney jurnalistlərə deyib ki, hadisə haqda o da hamı kimi xəbərlərdən eşidib. “Şükür ki, yaralıların həyatı üçün təhlükə yoxdur. Təyyarə bildiyim qədər Şimali Kiprə uçurdu, havaya qalxdıqdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb. Təyyarə 3 yerindən qırılıb, yanğın olub. Kapitanımız böyük peşəkarlıq göstərib və göyərtədəkiləri vaxtında evakuasiya edib”-o bildirib.

 

210202_srcVirtualaz.org aviasiya üzrə ixtisaslaşmış saytlardan müəyyən edib ki, TC-KON bort nişanlı “Cessna Citation 650” tipli təyyarə 1998-ci ildə istehsal olunub, 2013-cü ildə tam təmirdən çıxıb, o cümlədən salonu xüsusi sifarişlə yığılıb. 8 yerlikdir. Təyyarəni “Aviation Jet” şirkəti istismar edib, lakin hazırkı operatoru barədə informasiya yoxdur.















Paylaş:


Müəllif : Tarix:
22-09-2017, 21:12
  
loading...