reklam
» » Avtovağzalda parkinqin neçə dəqiqəsi pulsuzdur? – Qiymətlər

reklam

Avtovağzalda parkinqin neçə dəqiqəsi pulsuzdur? – Qiymətlər

Bakı Beynəlxalq Avtovağzalında avtomobillərin park edilməsinin ilk 20 dəqiqəsi pulsuzdur.
Bu sözləri Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bildirib. Onun sözlərinə görə, Avtovağzalın giriş hissələrində bunu əks etdirən cədvəl də əks olunub:
“Artıq xeyli müddətdir ki, Avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırılıb. Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda isə vaxta görə ödəniş edilir.
20 dəqiqədən 2 saatadək – 1 manat
2 saatdan 3 saatadək – 2 manat
3 saatdan 6 saatadək – 3 manat
6 saatdan 24 saatadək – 4 manat”.
Qeyd edək ki, bundan öncə parkinqin ilk dəqiqəsindən pul hesablanırdı.(axar.az)


Paylaş:


Müəllif : Tarix:
25-09-2017, 22:48
  


loading...
Загрузка...