X
BİABIRÇILIQ! Qəzada ayağın itirdi amma bu adla DİLƏNÇİLİK ETDİ - FOTOLAR » Regionxeberleri.com BİABIRÇILIQ! Qəzada ayağın itirdi amma bu adla DİLƏNÇİLİK ETDİ - FOTOLAR » Regionxeberleri.com

reklam
» » BİABIRÇILIQ! Qəzada ayağın itirdi amma bu adla DİLƏNÇİLİK ETDİ - FOTOLAR

reklam

BİABIRÇILIQ! Qəzada ayağın itirdi amma bu adla DİLƏNÇİLİK ETDİ - FOTOLAR

Son günlər bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə 2003-cü ildə “Meşə qardaşları” adlı terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı guya əlil olmuş Adəm İnqilab oğlu İbrahimovun “Azadlıq” metrosunun qarşısında diləndiyini əks etdirən foto və video görüntüləri yayımlanır, onun baxımsız qaldığından bəhs edilir. Məsələni ictimailəşdirən təşkilatlara danışan A.İbrahimov Sərhəd Qoşunları sıralarında xidmət etdiyini və guya "əməliyyatda yaralandığını" bildirib. Bəzi saytlar isə onun Daxili Qoşunlarda xidmət etdiyi zaman yaralandığını yazıblar.

Regionxeberleri.com xəbər verir ki, DSX-dən bildirilib ki, faktla bağlı araşdırmalar aparılıb. Məlum olub ki, A.İbrahimov Sərhəd Qoşunları sıralarında xidmət etsə də hər hansı əməliyyatda iştirak etməyib. Qeyd olunan “Meşə qardaşları” silahlılarının zərərsizləşdirilməsi zamanı yaralanmayıb. “Meşə qardaşları”nın zərərsizləşdirilməsi əməliyyatı 2002-ci ildə olub. 1986-cı il təvəllüdlü A.İbrahimov həqiqi hərbi xidmətə 2004-cü ilin iyul ayında çağırılıb və silahlı qüvvələrdən 2006-cı ilin yanvar ayında (1 il 6 ay xidmətdən sonra) heç bir xəsarəti olmadan tərxis edilib. O, 2009-cu ildə Rusiya Federasiyasında keçirdiyi avtomobil qəzası zamanı ayağını itirib.

DSX-nin apardığı araşdırma zamanı məlum olub ki, A.İbrahimov qeydiyyat yeri Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 9 saylı yataqxana olsa da o, bu ünvanda yaşamır.

İctimai təşkilatlardan, KİV-lərdən və social şəbəkələrin səhifə adminlərindən bu tip hadisələri yaymazdan öncə dəqiqləşdirmələri tövsiyyə olunur.
 


Paylaş:


Müəllif : Tarix:
29-09-2017, 11:32
  


loading...