Məhkəmə MTN polkovnikinin vəsatətini təmin etmədi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun anket məlumatları və apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Daha sonra zərərçəkmiş Vidadi Əzizovun apelyasiya şikayətinin dəlilləri müəyyənləşib.
Mirəziz Əsgərovun vəkili apelyasiya şikayətinə qismən istintaqla baxılması ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış oktyabrın 16-na təyin edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib.
Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul Mirəziz Əsgərovun özünə qaytarılması barədə də qərar qəbul edilib.
Mirəziz Əsgərovun özü də məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, günahsız olduğunu, Vidadi Əzizov tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin hökmündən apelyasiya şikayəti verən zərərçəkmiş Vidadi Əzizov təqsirləndirilən Mirəziz Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.
İş adamı Mirəziz Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını da tələb edib.
Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Mirəziz Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququnu itirməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı Vüqar Quliyev söyləmişdi ki, zərərçəkmiş Vidadi Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: “Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə, dövlət məsuliyyət daşıyır. Vidadi Əzizova qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib. Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır”.
Prokuror əlavə edib ki, Mirəziz Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.
Paylaş:
Müəllif : Yazar2
Tarix:2-10-2017, 13:26
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar2
Tarix:2-10-2017, 13:26

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:19
Dünən, 13:08
Dünən, 11:56
Dünən, 00:55
Dünən, 00:17
17-02-2019, 21:50
16-02-2019, 14:25
16-02-2019, 14:15

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT

Vətəndaş Mərkəzi Klinika Gəncə Xəstəxanasından gileylənir - Artıq pulumu alıblar + VİDEO

Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?
Saytı bəyənirsinizmi?