reklam
» » Yeni doğulan əkizlərdən biri öldü

reklam

Yeni doğulan əkizlərdən biri öldü


Bərdədə uşaq ölümü olub.

Regionxeberleri.com-un ONA-a istinadən məlumatına görə, Bərdə rayonu Nazırlı kənd sakini, 1998-ci il təvəllüdlü Günay Şamil qızı Babayeva aprelin 16-da vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə doğum evinə daxil olub. Ana iki əkiz qız uşağı dünyaya gətirib. Əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb.

Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.


Paylaş:


Müəllif : Tarix:
20-04-2019, 11:53
  


loading...
Загрузка...