reklam
» » Şəkidə planlı həbs “MƏNİ ŞƏKİ RAYON İCRA BAŞÇISI ELXAN USUBOV SİFARİŞLƏ HƏBS ETDİRDİ…”

reklam

Şəkidə planlı həbs “MƏNİ ŞƏKİ RAYON İCRA BAŞÇISI ELXAN USUBOV SİFARİŞLƏ HƏBS ETDİRDİ…”

 
 Hər bir dövlətin qanun toplusu olan konistitusiyası var.Müstəqil Azərbaycanın 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prespektivlərini müəyyənləşdirməklə yanaşı insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyamıza nəzər salanda görürük ki, orda ölkə vətəndaşları arasında ayrı seçkiliyə yol verəcək bir maddə belə yoxdur. Hər bir ölkə vətəndaşının huquqları ölkə konstitusiyaya uyğun olaraq dövlət tərəfindən qorunur. Kimsə kimsədən fərqli və üstün ola bilməz. Hamının da bərabər və ayrılmaz hüququ var. Və əgər kimsə tərəfindən bu bərabərlik pozularsa, bu konstitusiyaya zidd sayır və qanunu pozan qanun qarşısında məsuliyyət daşıyır, qanun müəyyən maddəsi ilə cəzalandırılır. Çox təəsüf ki, bəzi polislər xalqa düzgün xidmət etmirlər, qanunlardan bixəbərdirlər. Bu sadaladıqlarıma Şəki rayon polis şöbəsi daxildir. Bir sözlə qanuna əhəmiyyət vermirlər. Onlar üçün ən vacib iş kimisə şərləmək, döymək, təhqir etmək və.s. bu kimi ağlasığmaz hərəkətlər Şəki rayon İcra Başçısının tapşırıqı ilə baş verir.

ALLAH böyükdür və O, hər şeyi görür... Günahsız yerə məhkəmə çəkici altında əzilmək...

25 Yanvar 2017-c il məni şərləyib həbsə atdılar. Bir jurnalist olaraq baş verənlərə, bu dərəcədə mənə qarşı edilən vəhşiliklərə, qəddarlığa izah tapa bilmirəm. Şəki rayonunda İnsan taleyi ilə oynamaq, sən demə, çox asanmış. Mən Şəki rayonunda buna bir daha inandım və gördüm ki, azad söz danışanın dilini necə amansızcasına kəsərmişlər. Bu həyatdır, ömür sonsuz olmadığı kimi başqa işlərin də sonu olmur… Nə vaxtsa haqq gəlib öz yerini tapır. Mən jurnalist olaraq qanunsuzluğa, rüşvətxorluğa ehtiraz edərək öz jurnalist mövqeyimi ortaya qoydum və həmin qanunsuzluqlara və özbsşınslıqlara öz fikirlərimlə yanaşaraq bu haqda ard-arda yazılar verdim nəticəsi də budur. Öyrədilmiş şahidləri üzümə dayandıraraq qisasçılığa əl atanlar ALLAH qarşısında böyük günaha imza qoydular. Bəli, mənim kimi günahsızlar çoxdur......Mən də onlardan biri kimi heç bir təqsirin sahibi deyil. Yeganə günahım mənim açıqfikirli, haqqsızlığa qarşı dözümsüz mubarizə aparmaqım ilə bağlı oldu. Mən yazəılarımda hansısa çirkli, ədalətsiz işlə məşqul olmadım. Kimisə hədələmədim, şantaj etmədim. Mənim gəncliyimi həbsxana divarları arasında çürütmək istəyən adamlar unutmasınlar ki, ALLAH böyükdür və O, hər şeyi görür. Necə ki, mənə polis şöbəsində deyildi ki, sən İcra Hakimiyətindən pul istəmisən, polis əməkdaşını vurmusan və bu kimi ağlasığmaz ifadələr işlədərək muxtəlif çirkin, mundar, ədalətsiz, qərəzli böhtanlar uyduraraq həbsimi istəyirdilər. Lakin məkirli arzuları ürəklərində qaldı. Əgər belə fikrim var idisə, elə ElxanUsubov kimi mən də başqa işlə məşqul olaraq işimi davam etdirib, pul və mənsəb arxasınca sonuna qədər gedərdim və rüşvət yığanların, haram tikə ilə ailə dolandıranların cərgəsində bü gün də addımlayardım. Lakin mən bu çirkin yolu seçmədim. Haqqı dedim və buna görə də dəmir barmaqlıqlar arasına göndərildim.
Bəlkə də mən bu yazını heç vaxt yazmazdım. Amma yazdım. Yazmağıma səbəb də Şəki rayonunda İcra Başçısı Elxan Usubovun özbaşınalıqları və istədiyi kimi rayonda qolçomaqlıq etməyi sanki bir mafiya dəstəsi yaradaraq öz xeyri üçün şəxsi məqsədləri və siyasi maraqları oldu. Elxan Usubovun bu mənə qarşı qurduğu məkirli, saxta özünü mudafiə planından belə çıxır ki, jurnalist yalan yazır, yada ki, mənə şər atır. Əgər belə idisə niyə Şəki rayonunda gördüylərimi yazmaqıma və ictimailəşdirməyimə mane oldu. Təbii ki, hər yazdığım cümləyə görə mən məsuliyyət daşıyıram. Elxan Usubov isə öz qanunsuz əməllərinin ifşa olunmaqından qorxaraq nə vaxtsa bunlara görə cinayyət məsuliyyətə cəlb olunacaqından bəlkə də qorxur. Nəinki Şəkidə heç ölkəmizin daxilində belə insanlar huquqları qorunmur, insana dəyər verilmir. Sanki hamı qayğısız problemsiz yaşıyır. Amma heç də elə deyil. Elxan bəy siz, siz insan insan huquları bilsəydiniz nə deməkdir özünüzü və özünüz kimi öz şəxsi maraqlarınıza görə şəxsi mənafeyiniz uğrunda çalışan bəzi deputatları, nazirləri gözünü açandan kresloya yayxanıb oturanları, rüşvət verib, rüşvət alan məmurları, pulla əyri işlərini yoluna qoyanlardansınız. Sizin kasıb təbəqədən xəbəriniz varmı? Əlbətdə var. Amma onlar sizin üçün yararsız adamlardı. sizi o kasıb təbəqəsinin insanları onların dolanışıqı və yaşayış tərzi narahat etmir. Elxan bəy məyər rayona ayrılan pulları vecsiz yerə xərcləmə, hər tində ağacları kəsib iaşə ocaqları, ticarət mərkəzi açmaq inkişafdırmı? Xeyir mən inkişaf deməzdim bunlara. Siz inkişafı ancaq özünüzə dəbdəbəli villalar tikmək və həyat tərzinizin yaxşılaşdırmaqda görürsünüz. Bizdə olan məlumata görə necə ki, özünüzə Şəki rayonunda hərənin təxmini 5 milyon manat qiyməti olan ayrı ayrı yerlərdə 3 villa tikdirmisiniz. Bəs bu özünüzə tikdirdiyiniz villaların pulu haradandır sizə? Maaşınız elə də çox deyil. Bu pullar kasıbların, sadə vətəndaşların puludur. Siz nəinki idarə etdiyin Şəki rayonunda yaşayan əhalini aldadırsınız bununla yanaşı cənab prezidentimizi də aldadmaqa cəhd göstərirsiniz. Hörmətli Elxan bəy, bir vətəndaş kimi sizdən soruşuram, heç məhkəməyə düşmüsünüzmü? Bəlkə də Allah eləməsin deyirsiniz? Çox yaxşı mən nə sizə, nə də kiməsə arzulamıram. Ən əsası yalançı şahidlərnən üz-üzə durmaq. Şərlənmək, böhtan atılaraq məhkəmədə dindirilmək. Hakimin qərəzli mövqeydə olması həmin yalançı şahidlərin dediylərini məhkəmədə heç bir subutu əsası olmadan Hakim tərəfdən təsdiq olunaraq qərarın verilməsi. Vallah, məni elə şərlətdirdiniz ki, yarandığıma peşman oldum. Bəlkə də siz mənim yerimdəolsaydınız çıxış yolu kimi, haqsızlıqa dözməyib ya özünüzü koroğlu körpüsündən bəlkə də Qız qalasından yada intihar üçün başqa yollar tapardınız.
Gəlin sizə idarə etdiyiniz Şəki rayonunda sizin tapşırıqınızla huquqları pozulan, lazımsız hesab etdiyiniz bir vətəndaşdan danışım. Həmin vətəndaş öz huquqlarını başçı olduqunuz Şəki rayonunda tələb edə bilmir. Yaxından tanıdığım həmin xanım Aybəniz Səfərovadır. Aybəniz xanım uşaqı üçün etibarnamə keçmiş ərindən almaq üçün bir neçə vaxtır ki, məhkəmələrdə nsürünür, olmazın əziyyətlərini çəkir, döymədiyi qapı, muraciət etmədiyi qurum qalmayıb. Sizin tapşırıqınızla Şəki rayonunda istər məhkəmə hakimi Kamran Süleymanov, Şəki rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinin müdiri Əhmədiyə Bəşirov istərsə də Şəki rayon Polis şöbəsi Aybəniz Səfərovanın huquqlarını bu qədər pozur. Bu gedişatdan belə qənaətə gəlirəm ki, siz rayonu ruşvət ilə idarə edirsiniz. Qanun aliliyi pulun qabağında kölədir. Siz mənə bir nəfər hüquq işçisi göstərin ki, onun maşınları, villaları olmasın. Mən buna əminəm ki, siz göstərə bilməzsiniz. Yox əgər göstərməli də olsanız yenə yalançı, qurma bir kimsəni öyrədərək göstıərərsiniz. Çünki, bunların başında Şəki rayonunda siz durmusunuz.
Hörmətli Elxan bəy mən başıma gətirdiylərinizdən belə anladım ki, siz hamımızın riayət etdiyi Azərbaycan Respublikasının qanunları ilə deyil, öz yurutduyunuz qanunları üstün bilərək Şəki rayonunda necə istəsəniz, nə istəsəniz onu da edə bilirsiniz. Siz Başçı olduğunuz müddətdə avtobusa minmisinizmi? Səkiylə gedmisinizmi? Bir sözlə vətəndaşların içərisində tez-tez olursunuzmu? Onların necə və nə ilə dolanışıqları barədə xəbər almısınızmı? Təbii ki, bunların heç birini etməsiniz. Heç olmasa Bircə dəfə də bunları edin. Hələlik rüşvəti bir kənara qoyun. Məncə bunları etsəniz bunlar sizi daha hörmətli edər.
Böyük qəhrəmanlıq nümayiş etdirməyiblər
Yalançı şahidlərə, imanını itirmiş şəxslərə üzümü tutaraq demək istəyirəm ki, böyük qəhrəmanlıq nümayiş etdirmədiniz. Sifariş qulu olan hakim dövlət ittihamçısı Kamran Süleymanov, Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş qurama şahidlər də daxil Şəki rayonlararası muhafizə polisində işləyən polis serejantı Muradov Xəlil Qüdrət oğlu, Şəki ŞRPŞ-nin PPXT-nin polis nəfəri, polis serejntı Sədrəddinov Camal Kamal oğlu, ŞRPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı İsrafilov Coşqun Natiq oğlu, Şəki ŞRPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Camalov Turan Nəzər oğlu, ŞRPŞ-nin PPXT-nin manqa komandiri, polis serjantı İsmayılov Nəsimi Şöhrət oğlu yaxşı bilsinlər ki, haqsız əməlləri ilə bəndə qarşısında olmasa da Böyük Tanrının önündə sorğu-sual ediləcəklər. Görəsən, bu cür imansız və ədalətsiz adamlar evlərində öz uşaqlarının, həyat yoldaşlarının üzünə necə baxırlar ? Heç olmazsa onları bir xəcalət təri basırmı? Çətin. Çünki onlar belə işlərə alışıblar, baş kəsmək, üzə duraraq insanların taleyinin üstündən xətt çəkmək kimi amansız və qəddar əməllərə öyrəşiblər. Belələri vəzifə və pul üçün hər şeylərindən keçməyə hazırdırlar. Hələ Qoşqar adlı polis əməkdaşı məni alçalmış küçə söyüşləri ilə alçaldaraq vurmağı hələ bu azmış kimi hədə qorxular gəlməyi hətda azadlıqda olsam belə nə vaxtsa mənim və ailəmin başına olmazı işlər gətirəcəyini deyərək məni ürəyi istədiyi vaxt istədiyi kimi də şərləyərək həbs etdirəcəyini bildirdi. Əgər bundan sonra başıma bir iş gələcəysə Şəki rayonunda mənə qarşı olunan haqsızlıqları ictimiləşdirərək işıqlandırmaqım ucbatından baş verəcək. Mənimlə yanaşı eyni zamanda Səfərova Aybəniz xanıma qarşı da çəkinmədən heç bir qorxu keçirtmədən qorxmadan eyni sözlər deyilib. onunda həyatı təhlükədədir. Məni Qoşqar adlı Polis əməkdaşının incitməydə məqsədi var idi. Məqsəd mən İcra Hakimiyyətində çəkiliş aparmışdım o, çəkilişimi istəyirdi məndən.
“Mənə kəsiləcək azadlıqdan məhrumetmə cəzamı ulu öndər, ümummilli lider, Azərbaycan xalqının mənəvi atası və ən böyük şəxsiyyəti M.Ə.Rəsulzadənin 130 illiyinə ithaf edirəm. Mən o böyük kişinin əsgəriyəm, onun yolunda hər çür cəfa mənə xoşdur. Nə etsələr də o kişinin ideyaları qalib gələcək, Azərbaycanda demokratiya bərqərar olacaq!”

Koroğludan soruşurlar ki, səni başa düşmək olmur., belindəki qılınc nədir, döşündəki saz nə? Koroğlu deyir ki, qananı sazla başa salıram, qanmayanı qılıncla. Bu rüsvayçı, heç cür məhkəmə adlandırıla bilməyəcək proses zamanı Hakim Kamran Süleymanovu sazla başa salmağa çox çalışdım, amma heç nə alınmadı, indi növbə qılıncındır, özü də Misri qılıncın. Baxmayaraq ki, Kamran Süleymanov məhkəmə prosesində obyektivlik və ədalət haqqında sözləri sağa-sola səpələyirdi. Təsəvvür edin ki, cəllad günahsız bir adamın başını vurmağa hazırlaşır. Bunun qarşısını almağa tam səlahiyyətli olan Kamran Süleymanov ədaləti bərpa etmək əvəzinə cəllada “niyə saçını daramamısan”, “dırnaqlarını niyə kəsməmisən”, “üzün niyə tüklüdür”, “baltanı niyə yaxşı itiləməmisən”, və s. tipli iradlar bildirir. Sonra da qayıdıb başı edam kötüyünün üstə olan adama qəzəblənir ki, boynunu düz uzat, yoxsa qanın üstümə sıçrayacaq. Bu prosesdə onun rolu, qabiliyyəti və davranışı ancaq bundan ibarət olub. Ona görə də mən yalandan üzəduran şahidlərlə Kamran Süleymanov arasında heç bir fərq görmürəm. Onlar yalan ifadələr verərək üzümüzə durdular, o, isə obyektiv və ədalətli məhkəmə qərarı verməlkdənsə yuxarıdan gələn qanunsuz göstərişlər Elxan Usubovun tapşırıqlarını yerinə yetirdi. Əvvəlcə ittiham aktı haqqında bir-neçə kəlmə demək istəyirəm. Mənim üçün 25 yanvar 2017–ci il tarixində Şəki rayonunda Məhkəmə Hakimi Kamran Süleymanovun Müəyyən etdiyi qərada düzgün qərar verməməyi və həmin qərarın imzalanması. Oxuduqca bu əcaib sənəd məni heyrətə gətirir. İnana bilmirəm, 2 səhifəlik ittiham aktını öz doğma tükcəmizdə normal oxumağı, danışmağı və yazmağı bacaran adam yazıb. Əgər bu aktı Xaçaturyan familiyalı birisi imzalamış olsaydı belə, yenə də təəccüblənməmək mümkün olmazdı. İstənilən halda adam fikirləşərdi ki, erməni olanda nə olar, bir halda ki, o boyda vəzifəni tutursan, deməli iki cümləni dövlət dilində dalbadal yazmağı da öyrənməlisən. Tam məsuliyyətlə deyirəm, əgər bu sənədi heçnədən bixəbər olan dünyanın ən güclü hüquqşünasının qabağına qoysan, ondan bir şey anlaya bilməz.
İttiham aktının adamı heyrətə gətirən ikinci cəhəti ondan ibarətdir ki,Hakim Kamran Süleymanovun hazırladığı 2 saxta səhifəlik Məhkəmə qərarı, şərlə, böhtanla, yalanla, saxtakarlıqla və fantaziya ilə dolu cinayət işi kifayət etməyib. Həmin cinayət işində adamı güllələmək üçün yetərincə yalanlar olsa da, həbs olunduğum tarix 25 yanvar 2017-ci il hesablanmayaraq 26 yanvar 2017-ci il həbs olunduğum gün kimi qərara almağ sanki azadlıqda olmuşam fikri məndə formalaşaraq bir anlıqa gülmək istədim...Gülüncdür, elə deyilmi? Bu qədər absurd, bu qədər həyasızlıqmı olar? Məhkəmə iclası zamanı şahid qismində dindirilən ŞRPŞ-nin əməkdaşları izahatlarında qeyd etdilər ki, Şəki şəhər inzibati binasında guya mən ictimai qaydanı pozmuşam. Ucadan qışqıraraq nalayiq sözlər işlətməklə səs-haray salmışam. Bu zaman ŞRPŞ-nin əməkdaşları məni sakitləşdirmək istəsələrdə mən guya onları hədələyərək bu işə qarışmamalarını onlardan tələb etmişəm. Bu zaman ətrafa İcra Hakimiyətinin bir çox işçiləri, o cümlədən İcra Hakimiyətinə öz işi ilə bağlı gəlmiş digər şəxslərdə yığılmışdır. Bundan sonra həmin yerə ŞRPŞ-nin PPXT-nin manqa komandirləri və digər polis əməkdaşları da gəlmişdir. Lakin, həmin vaxt polis polis əməkdaşlarının da gəlmələrinə baxmayaraq mən Ramazanov Emin yenə də öz hərəkətlərimi davam etdirmiş, ucadan qışqıraraq nalayiq sözlər işlətmiş, səs-haray salmış, hətta polis əməkdaşlarına qarşı onları işdən çıxartdıracağı barədə hədə-qorxu gəlmişəm.

Xatırladım ki, mən ölkədə baş alıb gedən korrupsiyanı cinayət sayıram, Səyavuş Novruzov isə xalqa xidmət sayır, mən seçki saxtakarlığının dövlətçiliyin əsaslarını sarsıtdığını deyirəm, Səyavuş Novruzov isə deyir ki, bu, dövlətçiliyin möhkəmləndirilməsidir, mən deyirəm ki, ölkədə müstəqil məhkəmə və istintaq yoxdur, onlar hakimiyyətin əlində rəqiblərinə qarşı istifadə etdiyi cəza aparatıdır. Səyavuş Novruzov isə deyir ki, hətta Amerikada da bizdəki kimi ədalətli, müstəqil məhkəmə və istintaq yoxdur. O, elə düşünür, mən belə, yəni fərqli düşünmək cinayətdir ki?

Artıq mənə qarşı yalançı və qondarma ittihamlardan açıq aydın görünür ki, Şəki İcra Hakimi Elxan Usubov Şəkidə hakimiyyəti nəinki məmur qudurğanlığının qarşısını almır, əksinə birazda şərait yaradır, müdafiə edir və stimullaşdırır. Bir gün də mənim kimi haqsız yerə günahlandırılaraq həbsə saldıraraq gözümü qorxutmaq istəsələrdə təəssüf ki, bu heç də belə olmadı. Hər şey əksinə oldu mənim səbir kasam doldu. Səbir kasası daşanda bu cür olaylar baş verir. Elxan Usubovun icra başçısı olmağı bu ona bəraət qazandırmır. Onun rüşvətxor olmağı şübhəsizdir. Mənə gül kimi aydındır ki, Elxan Usubov yazdıqlarımı bəlkə də nəzərə almayacaq, hətta yağlı bir söyüş də söyüb, işlərinə davam edəcəklər. Dəyirman bildiyini edir, çaxcaq baş ağrıdır məsəli mənə şamil olunacaq.
Azərbaycanda “VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASI QAYDASI HAQQINDA”10 iyun 1997-ci il tarixli qanun var. Sosial şəbəkələrdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın böyük problemlərindən biri olduğunu yazırlar: “Dəfələrlə bunun şahidi olmuşuq ki, məmurlar vətəndaşların problemlərinə laqeyd yanaşırlar.

Prezident İlham Əliyev düzgün vurğulayır ki, təkəbbürlü, harınlanmış məmurların özbaşınalıqları əhalidə haqlı narazılıq yaradır. Bunu dəyişmək üçündə çoxlu işlər görməliyik.”

Xatırladım ki, Bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”-nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur munasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə dənümünəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər. Onlar xalqın xidmətçiləridirlər. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm.

Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə ciddi tədbirdə görülür, işində ciddi nöqsanlara yol verən məmurlar cəzalandırılır və bundan sonrad etimadı doğrultmayan məmurlar bundan sonrada cəzalandırılacaqlar. Məmurlar xalqın xidmətçiləridir, onların oturduqları kabinetlərin qapıları xalqın üzünə açıq olmalıdır. Onlar xalq üçün çalışmalı, sıx ünsiyətdə olmalıdırlar. Ölkə rəhbəri prezident İlham Əliyev çıxışında vurğulayıb.
Mən bir jurnalist olaraq bildirirəm ki, çox yaxşı haldır ki, ölkə rəhbəri Azərbaycandakı faktiki vəziyyət barədə dəqiq məlumata malikdir və zənnimcə, ölkə rəhbəri prezident cənab İlham Əliyevin bu çıxışı bəzi məmurlar üçün son olacaq.

Şəki rayonunda əlbir olmuş bir qrup şəxs barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik.

Qeyd etmək istəyirəm ki əslində qanunla nəzərdə tutulmuş qaydada jurnalist oz sorgusu əsasında hər cür müraciət və cavab formalarından istifadə ertmək hüququna malikdir. Jurnalist öz suallarını həm şifahi həm də yazılı formada göndərmək huquna malikdir. Jurnalistlər də həmçinin istənilən formada qanunla nəzərdə tutulmuş qaydada cavab verə bilərlər. Yazılı formada sorğu tələbləri qanunidir. Çünki bu formada olanda jurnalistin əlində tam maddi subut yazı olur və sonradan hansısa qurumun mən belə deməmişdim fikirlərim təhrif olunub bu kimi muxtəlif cür bəhanələr gətirməsi qeyri mümkün olur. Məmurlar bəzən müəyyən səbəblər bəhanə gətirərək jurnalistin sorğularına cavab vermirsə bu sadəcə olaraq mətbuata media sahəsində çalışan hər hansı bir jurnalistə qarşı sayğısızlıqdan irəli gəlir. Bu kimi hallarla üzləşən jurnalistlər saatlarla günlərlə illərlə vaxt itirmiş olur. Bu zaman jurnalistin əsəbləri enerjiləri boş yerə sərf olunur. Amma biz media sahəsində çalışan jurnalistlər unutmamalıyıq ki qanunvericiliklə nəzərdə tutulmuş qaydada jurnalist sorğularını vaxtında cavablandırmamağa görə cəza tətbiqini mümkün edən qanunlar mövcuddur.
Bu ilin mart ayından qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə dəyişikliklərdən sonra qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq edildi həmin maddənin ikinci hissəsində qeyd edilir ki jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verməkdən imtina etməyə görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulub.
Kütləvi İnformasiya Vastasitələri haqqında Qanunun35-ci maddəsinə əsasən jurnalistin informasiya əldə etmək hüququ var. Bu hüquqa hörmət olunmur.
İndi jurnalistlər az qala cəmiyyətdə arzuolunmaz bir zümrəyə çevrilib. Bunu ona görə deyirəm ki, cəmiyyətdə jurnalistlərə münasibət tamamilə mənfi istiqamətdə dəyişib. Təsəvvür edirsinizmi cəmiyyətin aynası, dördüncü hakimiyyət olan jurnalislərə münasibət hansı səviyyədədir.
Sonda onu demək istəyirəm ki, jurnalistlərin cəmiyyətdəki hörmətini, bu peşənin şərəf və şöhrətini yalnız biz özümüz qaytara bilərik. Çünki nə dövlət məmurları, nə də digər qurumlar jurnalistlərin cəmiyyətdə rolunun artmasında maraqlı deyillər.

“Heç kəsin, jurnalistə araşdırma apararkən mane olmaq hüququ yoxdur. Əksinə, məmurlar jurnalistlərə vəzifələrini icra etməyə kömək etməlidirlər”. “Mən hesab edirəm ki, heç bir insana qarşı güc tətbiq etmək olmaz. “Polis Haqqında” qanun var və orada dəqiq göstərilib, hansı hallarda güc tətbiq etmək olar. Qalan bütün hallarda zorakılığın tətbiqi yolverilməzdir”
Kütləvi İnformasiya Vasitələri Haqqında Azərbaycan Respublikasının Qanunu (ÇIXARIŞ) Qəbul edilmişdir:
7 dekabr 1999-cu il. № 769 - İQ.
Bu qanun Azərbaycan Respublikasında Kütləvi İnformasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəqliyyətinin təşkilatı,hüquq və iqtisadi əsaslarını müəyyən edir.

Siyasi Dövlət Xadimi Ulu Öndər Heydər Əliyev demişdir..."Mənə aşkar olan sirrləri və görmədiyimiz nöqsanları açıqlayan hər bir jurnalistə minnətdaram".

"Möhtərəm prezidentimiz İlham Əliyev siz daim ölkə vətəndaşlarının, imkansızların hüquqlarının qorunması üçün tədbir görüb, insanların sosial rifahının yaxşılaşdırılmasına çalışaraq əlinizdən gələni əsirgəməmisiniz. Cənab prezident sizdən xahiş edirəm ki, "ŞƏKİ RAYON İCRA BAŞÇISI ELXAN USUBOV və ONUN ƏTRAFINDA TOPLAŞAN korrupsiyalaşmış məmurlar" barədə də tədbir görülməsi barəd ciddi tapşırıqlar verəsiniz. "SON ÜMİDİM SİZƏDİR CƏNAB PREZİDENT".

Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq....(yazdıqlarımızın faktını təsdiq edən VİDEO materialı tezliklə sizə təqdim edərik.)

ARDI VAR...

 Xəbəri hazırladı Araşdırmaçı Jurnalist Emin Ramazanov Realnewsinfo.com

 


Paylaş:


Müəllif : Tarix:
11-02-2017, 21:13
  
loading...