reklam
» » Şirkət nümayəndəsinə 4 il həbs verildi

Şirkət nümayəndəsinə 4 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini Fuad Əfəndiyevə hökm oxunub.

Regionxeberleri.com bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

"Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması məlum olub. İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı aşkarlanıb.

Qeyd edək ki, Böyük Britaniyaya məxsus “АМЕС Services Ltd şirkəti” 2001-ci ilin may ayından 2015-ci ilin dekabr ayınadək Azərbaycan ərazisində mühəndis texniki layihələndirmə , texniki xidmət, modifikasiya, dizayn sahələrində xidmət göstərib. Şirkət Azəri-Çıraq-Günəşli neft və “Şah Dəniz” qaz yatağının istismarı ilə məşgul olan ABƏŞ, BP (Caspian Sea), BP (Şah-Dəniz) şirkətlərinin subpodratçısı olub.


Paylaş:


Müəllif : Tarix:
6-12-2017, 16:18
  
loading...