» » Prezident “polad naziri”ni qovdu, bəs qurum niyə ləğv olundu? - Faktlar

Prezident “polad naziri”ni qovdu, bəs qurum niyə ləğv olundu? - Faktlar

 
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ləğv olunduğunu elan edib

Məlumata görə, Vergilər Nazirliyi rəsmi saytında xəbər yayıb.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini müəssisənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,37 ünvanındakı “Demirchi Tower” biznes mərkəzində yerləşən ofisinə bildirə bilərlər.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır.

Araşdırma zamanı öyrəndik ki, 2015-ci il iyulun 23-də ölkə başçısı İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin idarə heyətinin sədri Samir Cəfərovu vəzifəsindən azad edib.

Bu fərman Azərbaycanın qara metallurgiya sənayesinin vəziyyətinə dair virtualaz.org saytının silsilə araşdırma yazılarından sonraya təsadüf edir.

Mətbuat sənayenin bu mühüm sahəsini dirçəltməyə yönələn səylərin yetərsiz qaldığını göstərən faktları araşdırıb üzə çıxarıb və bu mövzuda bir neçə məqalə dərc edib.

“Azərbaycan Polad Istehsalı Kompleksi”ndən “Turan”a bildiriblər ki, dövlət başçısının fərmanı şirkətin əməkdaşları üçün tam gözlənilməz olub. Samir Cəfərov isə işdən çıxarılacağı haqda əvvəlcədən heç bir siqnal almayıb və dünənə qədər öz iş yerində imiş.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Yaponiyanın “Marubeni” korporasiyası ölkədə bir neçə müəssisənin əsasında yeni metallurgiya kompleksinin yaradılmasına dair texniki-iqtisadi əsaslandırmanı işləyib hazırlamaq üçün cəlb edilib.

Söhbət Daşkəsənin dəmir filizindən xammal kimi istifadə edən və Gəncədə yerləşən metallurgiya kompleksinin yaradılmasından gedirdi.

Lakin virtualaz.org-un araşdırması üzə çıxarmışdı ki, “Marubeni” şirkəti Daşkəsənin filiz yataqlarının ehtiyatlarının yeni metallurgiya kompleksinin uzunmüddətli və rentabelli fəaliyyəti üçün yetərli olmayacağına dair rəy verib.

Şirkətin rəyində göstərilirdi ki, Daşkəsən yataqlarında açıq üsulla filiz hasilatı yaxın 7-8 ildə tükənəcək, bundan sonra şaxta üsulu ilə hasilata başlamaq lazım gələcək. Lakin şaxta üsulu ilə hasilata başlamaq üçün yetərli geoloci kəşfiyyat məlumatları və texniki-iqtisadi əsaslandırma yoxdur.

Habelə araşdırmalar göstərirdi ki, bir neçə milyard dollar investisiya hesabına yeni metallurgiya kompleksinin yaradılması istehsal edilən məhsulun xarici bazarlarda rəqabətə davam gətirəcəyinə təminat vermir.

Hərçənd ki, “Azərbaycan Polad Istehsalı Kompleksi” rəhbərliyi son vaxtlar bir-birinin ardınca press-relizlər yayaraq bu investisiyaların uzağı 4 ilə geri qayıdacağına inandırmağa çalışırdı.

Ancaq belə görünür ki, prezident ölkədə yeni metallurgiya kompleksinin yaradılmasına dair İqtisadi İnkişaf Nazirliyinin hazırladığı layihədə ciddi qüsurların olduğunu müəyyən edib və bu sahədə dəyişikliklərə başlamağı qərara alıb.

Daşkəsən dağ-mədən kombinatının aktivləri QSC-yə verilib. QSC yaradılmazdan əvvəl bu kombinatın səhmləri "Det.Al Holding"-dən alındı.

Belə ki, qurum investisiya öhdəliklərini yerinə yetirməmişdi. Bu holdinq əvvəllər də Gəncə-Daşkəsən regionunda müxtəlif metalyayma istehsalı, poladəritmə və ilkin emal üzrə müəssisənin yaradılmasına iddia edirdi.

Lakin hələki polad istehsalı üzrə dövlət kompleksinin yaradılması ləng gedir. Özəl "Baku Steel Company" şirkəti Gəncə-Daşkəsən regionunda ümumi dəyəri 1 mlrd. 200 mln. avro həcmində qara metallurgiya zavodunun inşasına dair planlarını açıqlayıb.

Hökumətin polad istehsalına dair planı məhz bu regionda reallaşmalı idi və QSC də bu məqsədlə yaradılıb.

Bəzi müşahidəçilərin fikrincə, QSC-nin yaradılması formal xarakter daşıyır və tezliklə o, metallurgiya sahəsini daha çox inhisara alan "Baku Steel Company"-nin idarəçiliyinə veriləcək.



Paylaş:


Müəllif : Tarix:
12-01-2017, 00:36
  
loading...