reklam
» » Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin “pərdəarxası oyunları”.

reklam

Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin “pərdəarxası oyunları”.

 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov ağac əkir, amma Hirkan Milli Parkının direktoru Azər Mirzəyev və İsmayıl Kamalov meşələri məhv edir, Xanlar adlı şəxs isə BUNLARI MÜDAFİƏ EDİR. Jurnalistə zəng edərək İsmayıl Kamalovun yaxın qohumu kimi özünü təqdim edən Xanlar adlı şəxs qeyd edir ki, MİLLİ MƏCLİSİN MƏTBUAT KATİBİ mənim ən yaxın qohumumdur və AZTV-nin şöbə müdürü Mubariz Süleymanlı və.s istəsəniz saya bilərəm. Bunuda unutma ki, bizdə eləbelə adam deyilik. Bunu bilin ki, rayon İcra Başçısı və digər orqanlar sizi məhkəməyə verib bu yazılarınıza görə. Sonra mənə demiyin ki, vaxtında niyə demədiniz mənə. Tezliklə Xanlar adlı şəxsin telefon danışıqlarının səs yazmalarını sizə təqdim edərik....

Xatırladağ ki, İSMAYIL KAMALOV HİRKAN MİLLİ PARKINDA MUHASİB VƏZİFƏSİNİ İCRA EDİR...
ƏTRAFLI OLARAQ TƏQDİM ETDİYİMİZ VİDEO SUJETDƏN İZLƏYƏ BİLƏRSİNİZ. İSMAYIL KAMALOV JURNALİSTƏ RÜŞVƏT TƏKLİF EDİR!!!


Qeyd edim ki, Azər Mirzəyev uzun müddətdir ki, bu bölgədə meşə “cəlladı” kimi ad qazanıb. Azər Mirzəyev Hirkan Milli Parkına Direktor təyin olunduğu gündən Hirkan Milli Parkının meşələrinin daha da dözülməz “qara günləri” başlayıb. Meşələrdən nadir növ ağacların belə kəsilməyi adi hala çevrilib. Hirkan Milli Parkında misli görünməmiş “meşə vandalizmi” başlayıb. Son bir neçə ayda Hirkan Milli Parkında yaşıllıq məhv edilir. Parkın bir çox ərazilərində illərlə öncə salınan yaşıllıqlar Azər Mirzəyevin qanunsuz sərəncamlarının qurbanına çevrilib. Realnewsinfo.com – a daxil olan müraciətlərdə qeyd olunur ki, Parkda ağacların kəsilməsi kütləvi hal alıb. Bu işdə Azər Mirzəyevə sağ əli İsmayıl Kamalov, sol əli isə bir neçə şəxslər kğməklik edirlər. Onların hər ikisi isə Lənkəran camaatına yaxşı tanışdı. Beləcə Azər Mirzəyevi və onun yaratdığı qruplaşma uzun müddətdir ki, bu bölgədə meşə “cəlladları” kimi ad qazanıb. Xatırladım ki, Namazəli Əliyev adlı şəxs özünə məxsus xüsusi "DT 75 BULDUZER" maşını ilə iri gövdəli buruzları və taxta, şalbanları maşınlara yükləməkdə köməklik edir.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.
Hirkan Milli Parkının ərazisi Astara, Lənkəran və Lerik rayonlarının Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə aid ərazilərin müəyyən hissəsi ilə həmsərhəd ərazilərdə yerləşir. Redaksiyamıza daxil olan və tərəfimizdən aparılan araşdırmalar zamanı bəlli oldu ki, Hirkan Milli Parkında qanunsuz yollarla kəsilən ağacları daşıyan nəqliyyat vasitələri, Hirkan Milli Parkına məxsus ərazilərdən keçir.
Fotlarda da göründüyü kimi yaşılığa qənim kəsilən Azər Mirzəyevin qanunsuz əməllərinə “dur” deyən yoxdur.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.
Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin  “pərdəarxası oyunları”.

Amma reallıq göz qabağındadır.Parkın yaşıllıqları qanunsuz sərəncamlarla məhv edərək Azər Mirzəyevin törətdiyi özbaşınalığlar rayon sakinlərinin etirazlarına səbəb olmaqdadır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin münasibətini öyrənməyə çalışdıq. Nazirlikdən bildirdilər ki, şikayətlər araşdırılır. Amma araşdırmanın nə ilə nəticələnəcəyini vətəndaşlar yaxşı bilir. Vətəndaşlar bildirir ki, adıçəkilən nazirliyin əməkdaşlarına dəflərlə müraciət olunub, “Lakin gəlirlər pullarını alırlar gedirlər”.
Biz, Realnewsinfo.com olaraq mövzu ilə bağlı araşdırmalarımızı davam etdiririk. Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırovdan baş verənlərə münasibət bildirməsini xahiş edirik. Qeyd edilən qanunsuzluqların qarşısının alınmasına məsul şəxsdə cənab nazirdir.
Ümid edirik qısa zamanda baş verənlərlə bağlı nazirlik açıqlama verəcək.

QEYD EDİM Kİ, EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN BİOLOJİ MÜXTƏLİFLİYİN QORUNMASI XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİSİNİN İNKİŞAFI DEPARTAMENTİNİN MƏSLƏHƏTÇİ MÜFƏTTİŞİ AĞABALA HACIBALAYEV HİRKAN MİLLİ PARINDA YAŞILLIQLARIN KƏSİLİB QIRILMASI İLƏ BAĞLI OLARAQ NAZİRLİK TƏRƏFDƏN KOMİSİYA KİMİ GÖNDƏRİLİB. SƏHƏR YƏNİ 15.12.2017 -Cİ İL SƏHƏR SAAT 10:00 RADƏLƏRİNDƏ MƏN EMİN HAQQ ORADA OLARAM. MƏNİM ORADA OLMAQIMI NAZİRLİYİN ƏMƏKDAŞI TƏLƏB EDİB. HÖRMƏTLİ OXUCULAR VƏ DƏYƏRLİ HƏMKARLAR YOXLAMADAN SONRA BÜTÜN BAŞ VERƏNLƏR HAQQINDA SİZİ MƏLUMATLANDIRARAM.

Ölkə rəhbəri cənab İlham Əliyev, ətraf mühitlə bağlı lazımi tapşırıqlarını verib

Diqqəti cəlb edən hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev meşə zolaqlarında və digər ərazilərdə olan ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və bu cür hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, belə bir hallara yol verən hər kəsin birbaşa məsuliyyətə cəlb edilməli olduğunu, Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində də vurğulayaraq bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”. Bəli, bu cür yanaşma, verilmiş belə bir tapşırıq hər kəs üçün əsas amal olmalıdır. Bu belə olmalı olduğu halda, ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıqlar görəsən Hirkan Milli Parkının rəhbərliyinə aid deyilmi? Axı, hər kəs bilir və görür ki, Azər Mirzəyev ölkə rəhbərinin vermiş olduğu tapşırıqlar çərçivəsində addımlar atmır. Amma, bu gün adı çəkilən Parkın direktoru Azər Mirzəyev “QANUN ŞAH DEYİL... ŞAH QANUNDUR” prinsipini həyata keçirdir. Bu işdə Azər Mirzəyevə dəstəy olan bəzi KİV numayəndələri bir həqiqəti unutmamalıdırlar ki, bir düz yüz əyrini kəsib, bundan sonra da kəsəcək. Mərhum şairimiz, Kəlbəcər torpağının böyük yetirməsi Bəhmən Vətənoğlunun təbrincə desək “Dağıl a dünya!” Odur ki, hörmətli “yazarlar”! Əgər doğrudan da siz əsl həqiqətləri axtarmaq istəyirsinizsə, o halda vaxt tapın və arabir yolunuzu Lənkəranın digər ərazilərdən salın. O halda əsl həqiqətləri görüb biləcəksiniz

Hirkan Milli Parkının rəhbərinə “ağız dolusu təərif yağdıran”ların oyunu…
Adı çəkilən bu park əhəmiyyəti baxımından hər kəsin diqqətini cəlb etsə də, hazırda Hirkan Milli Parkına rəhbərlik edən Azər Mirzəyevin idarəçiliyinə “dəstəy göstərən”lərin əməllərindən də, bir qədər danışmağa ehtiyac duyulur. Son günlər bəzi xəbər portallarında Hirkan Milli Parkının rəhbərliyinə dəstəy olan və heçbir əsası olmayan “təərif” kampaniyasına qərar verilib və bu yöndə davam etdirilən, amma heç bir halda təsdiqini tapmayan təbliğat hələdə davam etdirilir. Bir anlığa fikir verək. Ayrı-ayrı xəbər portallarında (hələlik etika naminə ad çəkmirik) dərc olunan müəllif yazılarında qeyd olunur ki, guya Hirkan Milli Parkının direktoru Azər Mirzəyev çox düzgün iş prinsipi aparır. O halda sual oluna bilər ki, həmin ağaclar parkın hansı ərazilərindən kəsilir və hansı ünvanlara daşınır bunu bilmək istəyirsinizmi hörmətli həmkarlar?

Görəsən “həqiqət axtarışına çıxan” və bugün Hirkan Milli Parkında Yaşıllıqlara Qənim Kəsilən Azər Mirzəyevi mudafiə edərək ağız dolusu təəriflər yazan KİV nümayəndələrinin yolu Lənkəranın kəndlərindən keçirmi? Ümid edirəm ki, bu xəbərimizdən sonra yolunuzu əraziyə salacaqsınız.

Mövzuya qisa zamanda qayıdacağıq.

Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik.

Təqdim etdiyimiz faktlarla dövlət qurumlarının bu problemli məsələyə ciddi davranacağına ümid edirik.

Problemin varlığını və eləcədə bütünluklə bu məsələləri diqqətimizdə saxlayacağıq.






Paylaş:


Müəllif : Tarix:
15-12-2017, 22:20
  


loading...
Загрузка...