reklam
» » “Turan” Agentliyi Vergilər Nazirliyi qarşısında tələbinə NAİL OLDU

reklam

“Turan” Agentliyi Vergilər Nazirliyi qarşısında tələbinə NAİL OLDU

“Turan” İnformasiya Agentliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası təmin edilib.
Bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, 12 sentyabrdaVergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarı ləğv edilmişdi:

“15 sentyabrda yenidən, eyni məznumlu 3 qərar qəbul olunmuşdu. Bu gün məhkəmə həmin 3 qərarın lğv olunmasına dair qərar verdi”.

F.Ağayev deyib ki, bununla da qanuni qüvvəsinə mindikdən sonra “Turan”ın məhkəmə çəkişməsinə son qoyulacaq.

Xatırladaq ki, Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti “Turan” İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa etmişdi. Avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb. Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilib.



Paylaş:


Müəllif : Tarix:
19-12-2017, 13:08
  


loading...
Загрузка...