reklam
» » Emin Ağalarov: Əgər Alla Puqaçovanın əri olsaydım..

reklam

Emin Ağalarov: Əgər Alla Puqaçovanın əri olsaydım..


Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Birinci kanalında yayımlanan Maksim Qalkinin aparıcısı olduğu "Seqodnya veçerom" verlişinin efirində Rusiyada maskalanmış matriarxatın hökmranlıq edib-etməməsi məsələsindən danışıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, müğənninin iştirak etdiyi çarx şounun Youtube-dakı rəsmi səhifəsinə yerləşdirilib. Proqramın növbəti buraxılışı rus şansonunun kraliçası Lyubov Uspenskayanın 65 illik yubileyinə həsr olunub və Emin Ağalarov burada özünün yeni "Otpusti" kompozisiyası yubilyarla birlikdə ifa edib.
Müğənni verlişdə oxuduğu mahnının yaranma tarixindən danışıb və qeyd edib ki, onu məhz Uspenskayanın ad gününə yazıb. Verlişin gedişində Qalkin Ağalarova qeyri-adi sual verib. Soruşub ki, Rusiyada maskalanmış matriarxatın hökm sürdüyünü demək olarmı və o, ikinci dəfə evlənəndən sonra arvadağız olmayıb ki?
"Belə deyək ki, Şərqdə maskalanmış matriarxatdır, prinsipcə, onsuz da qadın idarə edəcək. Əlbəttə ki, mən öz həyat yoldaşımı sevirəm, amma arvadağız olsam, sən həmin andan mənimlə əlaqəni kəsəcəksən. Mən özüm haqqında danışmağa çətinlik çəkirəm" - deyə Ağalarov bildirib.
"Bəs ailədə başçı kimdir, sən?" - deyə Qalkin davam edib. Xalq artisti də cavabında deyib" "Təsəvvür elə, mən sənə deyirəm ki, yox, mən deyiləm. Bu gülməli olmaz ki?"
Qalkin isə öz növbəsində deyib: "Rusiyanın xalq artisti Alla Puqaçova özünü elə göstərir ki, guya ailə başçısı mənəm, amma əslində elə deyil".
"Bilmirəm sənə nə cavab verim. Əgər Alla Borisovnanın əri olsaydım, yəqin ki, mən də arvadağız olardım" - Ağalarov Qalkinə deyib.




Paylaş:


Müəllif : Tarix:
6-03-2019, 12:43
  


loading...
Загрузка...