reklam
» » Saakaşviliyə pul verən azərbaycanlı kimdir?

reklam

Saakaşviliyə pul verən azərbaycanlı kimdir?

Heç vaxt Mixail Saakaşvilinin pərəstişkarı olmamışam.

Bunu “Haqqin.az” saytına açıqlamasında Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev söyləyib.

“Məni Oqtay Əfəndiyevi sonuncu dəfə 1 il yarım əvvəl Kiyevdə görmüşəm və bundan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Onun kimi maliyyələşdirməsi məni maraqlandırmır. Əsas odur ki, mənim vicdanım Azərbaycan və Ukrayna dövlətləri qarşısında təmizdir. Saakaşviliyə gəlincə isə heç vaxt onun pərəstişkarı olmamışam və onu yalnız televizorda görmüşəm. Çox istərdim ki, adım bu insanlarla yanaşı səslənməsin” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Haqqin.az” saytı Saakaşvilinin fəaliyyətini Azərbaycanın Ukraynadakı diaporunun keçmiş rəhbəri Oqtay Əfəndiyev tərəfindən maliyyələşdirdiyi haqqında informasiya yaymışdı. Məqalədə Əfəndiyevin Tələt Əliyevlə yaxın dost olduğu bildirilmişdi.


Paylaş:


Müəllif : Tarix:
23-12-2017, 13:17
  


loading...
Загрузка...