X
Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? - İDDİA » Regionxeberleri.com Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? - İDDİA » Regionxeberleri.com

reklam
» » Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? - İDDİA

reklam

Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? - İDDİA

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir.

Regionxeberleri.com Yenicag.az - a istinadən xəbər verir ki, Fazil Məmmədovun ötən ay vergilər naziri vəzifəsindən azad olunmasından sonra onun “kurasiya”sında olan Şəmkir rayonu icra hakimiyyəti başçısının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Hazırda Şəmkirin icra başçısı olan və Fazil Məmmədovun ən yaxın adamlarından biri kimi tanınan Alimpaşa Məmmədovun vəzifəsindən göndəriləcəyi, hətta onun xələfinin kimli barədə söhbətlər gəzir.

Yeni ilin ilk günlərindən etibarən rayonda dolaşan xəbərlərə görə, Məmmədovdan sonra rayonun icra başçısı postuna ən real namizəd qismində Şəmkirin sabiq rəhbəri Aslan Aslanovun (1993-2005) qardaşı, buna qədər Gəncədə bir sıra yüksək vəzifələrdə işləmiş Əziz Aslanovun adı hallanır.

Hətta onun bu vəzifəyə təyinat çərçivəsində “ilkin prosedur”lardan keçdiyi də söylənilir.


Paylaş:


Müəllif : Tarix:
4-01-2018, 14:09
  


loading...