reklam
» » “FETÖ işi” üzrə həbs olunan iki jurnalist azadlığa buraxılıb

reklam

“FETÖ işi” üzrə həbs olunan iki jurnalist azadlığa buraxılıb

Türkiyə Konstitusiya Məhkəməsi iki jurnalistin azadlığa buraxılması barədə qərar verib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Konstitusiya Məhkəməsinin Rəyasət Heyəti bağlanmış “Zaman” qəzetinin yazarı Şahin Alpay və jurnalist-yazar Mehmet Altanın müraciətinə baxıb.

Konstitusiya Məhkəməsi jurnalistlərin hüquqlarının pozulduğu barədə qərar verib. Konstitusiya Məhkəməsinin 17 üzvündən 11 üzvü jurnalistlərin azadlığa buraxılmasına səs verib.

Jurnalistlərin azadlığa buraxılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Ş. Alpay FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək, 31 iyul 2016-cı ildə, M. Altan isə Türkiyə hökumətini yıxmaq və fəaliyyət göstərməsinə mane olmaq, terror təşkilatına üzv olmaqda günahlandırılaraq, 22 sentyabr 2016-cı ildə həbs edilib.



Paylaş:


Müəllif : Tarix:
11-01-2018, 19:01
  
loading...