» » Ərəb ölkələrində biznes adıyla azərbaycanlı iş adamlarından pul alan İsmayıl Bədəlov kimdir? - İDDİA

Ərəb ölkələrində biznes adıyla azərbaycanlı iş adamlarından pul alan İsmayıl Bədəlov kimdir? - İDDİA

Onun vaxtilə “Lukoil” və “Akkord”da yüksək vəzifələr tutduğu deyilir Bir ara mətbuatda İsmayıl Bədəlov adlı şəxslə bağlı məlumatlar yayılmışdı.
Məsələn, Regionxeberleri.com saytı Dia.az-a istinadla İsmayıl Bədəlov adlı şəxsin vaxtilə “Lukoil Azərbaycan” və “Akkord” kimi iri şirkətlərdə mühüm vəzifələrdə çalışdığını bildirir. “Vaxtilə Mərkəzi Bankda “revizor” vəzifəsində fəaliyyətə başlayan İsmayıl Bədəlov sonradan Elman Rüstəmov ilə yola getmədiyi üçün məcbur olub “öz xahişi” ilə işdən çıxması barədə ərizə yazıb.
O, həmişə dostlarının yanında deyirmiş ki, o zamankı Milli Bankın sədri olmağa ancaq mən layiqəm, çünki respublikada özümdən başqa güclü iqdisadçı görmürəm.
İsmayıl Bədəlov sonradan Beynəlxalq Bankın keçmiş sədri Fuad müəllimin yaxınlarının vasitəsi ilə Beynəlxalq Banka işə düzəlir, ancaq orada da öz xasiyyəti ucbatından onun fəaliyyəti çox çəkmir.
Demək olar ki, heç bir kollektivə uyğunlaşa bilməyən İsmayıl Bədəlov yenidən Bakı şəhərində iş axtarışına çıxır, nəhayət 1997-ci ildə istədiyinə nail olur.
Həmin illərdə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycanda “Lukoil konsorsiumu” açır və İsmayıl Bədəlovu ora müavin təyin edir. Şirkətin hesabına İsmayıl Bədəlova Milli Konservatoriyanın yanındakı binada 5 otaqlı mənzil alınır. Vahid Ələkbərov tərəfindən ona bildirilir ki, göstərilən etimadı hökmən doğrultmalıdır.
Ancaq İsmayıl Bədəlov ona göstərilən etimadı doğrultmur və konsorsiumun müavini olaraq şirkətin pulun düzgün istiqamətə yönəltmir və buraxdığı nöqsanlarla bağlı Moskvadakı rəhbərliyə məruzə olunur.
Ancaq problem asanlıqla həll olunmur. İsmayıl Bədəlovu işdən çıxara bilməyən konsorsium axırda məcbur olub onu məhkəmə yolu ilə işdən uzaqlaşdırır. Və məhkəmədə İsmayıl Bədəlovun işlədiyi müddətdə konsorsiumun vəsaiti hesabına Bakı şəhərində aldığı bütün mülkiyyət geri alınır. Yenidən işsizlik etapına girən İsmayı Bədəlov 8-9 il işsiz qalır. Ancaq onun şansı bu dəfə də gətirir. DİA.AZ bildirir ki, “Akkord” şirkətinin rəhbərliyi dəyişiləndə İsmayıl Bədəlov şirkətin “reviziya şöbəsi”nə rəisi təyin olunur. Köhnə xasiyyətindən əl çəkə bilməyən İsmayıl Bədəlov şirkətin keçmiş rəhbərliyinin və kollektivinin ayağının altını qazmağa başlayır və xeyli söz-söhbətə səbəb olur. Ona görə də rəhbərlik məcburiyyət qarşısında qalıb İsmayıl Bədəlovu şöbə rəisliyindən sıravi “revizor” vəzifəsinə keçirir. Ancaq İsmayıl sıravi “revizor” olanda da dinc dayanmır.
Bir gün İsmayıl Bədəlovun əlinə şirkətin keçmiş rəhbərliyinin xaricdən gətirdiyi malların siyahısı keçir və o fikirləşir ki, bu biznesi elə mən özüm də görə bilərəm. Və sevinə-sevinə guya təzə bir təklifnən şirkətin rəhbərliyinə müraciət edir. Və İsmayıl Bədəlov rəhbərliyi inandırmağa çalışır ki, Bakı şəhərində aparılan abadlıq işləri ilə bağlı yol qıraqları üçün lazım olan bardürləri Çindən gətirə bilər. Guya İsmayıl Bədəlovun Çində böyük şirkət rəhbərləri ilə yaxın münasibətləri var.
Ancaq rəhbərlik müəyyən araşdırmadan sonra İsmayıl Bədəlovun yalan danışdığını üzə çıxardır. Və İsmayıl Bədəlovun “bardür”ü öz başında çatlayır.
DİA.AZ bildirir ki, İsmayıl Bədəlovun yalanlarından bezən rəhbərlik onu “revizor”luqdan da azad edərək təchizat idarəsinə anbardar təyin edir. Ancaq İsmayıl Bədəlov yenə dinc durmur, yeni saxta projelər barədə başını sındırır” (dia.az).
Bundan başqa, İsmayıl Bədəlovun ərəb ölkələrində iş görmək adıyla müxtəlif şəxslərdən pul toplaması barədə də məlumatlar var.
Onun Yəməndə və Omanda bir sıra biznes oyunları həyata keçirdiyi barədə 365info.az-a məlumat daxil olub.
Məşhur futbolçu Çingiz İsmayılovla quda olduğu deyilən İ.Bədəlovun Bakıda iş adamından 25 min manat pul alaraq, guya həmin iş adamını özünün Ərəbistan yarımadasındakı biznes əməliyyatlarına şərik etməsi barədə vədlər verdiyi deyilir.
Mənbə bildirir ki, sonradan iş adamı İ.Bədəlov tərəfindən aldadılmasını bilərək onun bu əməllərindən aidiyyatı üzrə Səbail RPİ-nin 39 cu polis bölməsinə ərizə ilə müraciət edir. Ancaq təəssüflər olsun ki, iş adamının işinə polis tərəfindən baxılmayaraq ona rədd cavabı verilir.
İş adamı polisə İ.Bədəlovun əməllərindən şikayət etməzdən əvvəl ona xəbərdarlıq etmişdi ki, onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcək, həmin iş adamının sözlərinə görə, İ.Bədəlov isə ona cavab olaraq bildirmişdi ki, get hara istəyirsən şikayət elə, prokurorluq orqanlarında mənim adamlarım var ki, sənin şikayət ərizələrinə rədd cavabları verəcəklər.
Redaksiyamıza şikayət edən iş adamı bildirib ki, İ.Bədəlova verdiyi 25 min manat pulu bankların birindən kredit şəkilində götürərək, öz yaşadığı mənzili girov qoyub.
İ.Bədəlov barədə əgər bir nəfər şəxs bu cür desəydi hardasa cəmiyyətdə də şübhə yaranardı ki, bir nəfər şəxsin sözü ilə bu cür fikirləşməq olmaz. Ancaq Elman Rüstəmov, Fuad Axundov,Vaqif Ələkbərov və bəzi iş adamlarının İ.Bədəlov barəsində bu cür fikirdə olmaları biz jurnalistlərə də araşdırmamızı davam etdirməyə imkan verir…
Biz məsələyə aydınlıq gətirmək üçün, “Akkord” Tikinti-Sənaye İnvestisiya Korporasiyasına zəng etdik. Operator xanım bizi dəfələrlə İnsan Resursları şöbəsinə bağlasa da, gün ərzində zənglərimizə cavab verən olmadı.
“Lukoil Azərbaycan”da baş direktorun köməkçisi olduğunu deyən xanım isə bildirdi ki, İsmayıl Bədəlov orda heç vaxt işləməyib: “Bu şəxsin bir neçə il əvvəl “Nikoil Bank”da işlədiyini bilirəm. Amma bizdə işləməyib, işləmir”.


Paylaş:


Müəllif : Tarix:
12-01-2017, 12:56
  
loading...