reklam
» » Cocuq Mərcanlıya 3 milyon ayıran Frenk Elkaponi sözünü niyə tutmadı... - İDDİA

reklam

Cocuq Mərcanlıya 3 milyon ayıran Frenk Elkaponi sözünü niyə tutmadı... - İDDİA

Rusiyadakı "İntersever” şirkətlər qrupunun rəhbəri, ictimaiyyət arasında daha çox Frenk Elkaponi kimi tanınan Fizuli Məmmədov azərbaycanlı iş adamı kimi ölkəmizdə də az-çox tanınır.

Azərbaycanlı iş adamı hazırda Füzuli Məmmədov kimi tanınmağı istəyir, Frenk Elkaponi kimi təqdim olunmağı isə sevmir. Amma illər öncə o, Füzuli Məmmədov kimi deyil, Frenk Elkaponi kimi tanınmağa çalışırdı.

Maraqlıdır, Məmmədov niyə “Frenk” olub? Haradandır bu italyalı mafiozun adını özünə götürmək sevgisi onda? Və indi niyə bu addan imtina edir?

Qeyd edək ki, 1963-cü il fevralın 9-da Ordubadda anadan olmuş Fizuli Məmmədov ixtisasca hüquqşünasdır.

Gənc yaşlarında Rusiyaya köçən Fizuli Məmmədov tez bir zamanda iş qurub, sahibkar kimi böyük uğurlar qazanıb. 1989-cu ildə "İnterserver” şirkətinin prezidenti vəzifəsinə keçib.

Onun Moskvada və Rusiyanın bir çox şəhərlərində “Frenk Fondu” fəaliyyət göstərir. Düzdür, sahibkar sonradan “Frenk Elkaponi” ayamasından imtina etsə də, uzun müddət bu ləqəblə yaşayıb.

Nəinki Rusiyada, hətta Azərbaycanda da onu bu adla tanıyanlar çoxdur. Özünə əcnəbi ləqəb götürməsini sırf texniki səhv kimi qiymətləndirən azərbaycanlı iş adamının birinci həyat yoldaşı italiya əsillidir və Elkaponi soyadını daşıyıb...

Fizuli Məmmədov bir müddət aktiv siyasətlə də məşğul olub. Azərbaycanda “XXI əsr Azərbaycan” adlı partiyası fəaliyyət göstərib. Bir ara adı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıqda hallanan F.Məmmədov qəti şəkildə bu iddiaları rədd edib.

2014-cü ildə Moskvadakı biznesini Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun vəzifədən getməsi göstərilirdi.

Belə ki, Rusiyada yaşayan postsovet sahibkarlarının hamisi rolunda çıxış edən Yuri Lujkovun vəzifədən gedişi bir çox biznesmenlər, o cümlədən F.Məmmədov üçün arzuolunmaz nəticələrə gətirib çıxarmışdı.

Lujkov və onun xanımı Yelena Baturina ilə sıx əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Onun obyektləri Moskva Vergi Departamenti tərəfindən davamlı yoxlamalara məruz qalıb, Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış. Onun İtaliyanın Palermo çəhərində ticarət obyektlərinin olduğu bildirilir.

Hazırda İtaliyada biznes fəaliyyətini davam etdirən Fizuli Məmmədovun Rusiyada da müəyyən biznes əlaqələrinə malik olduğu deyilir.

İki övlad atası olan sahibkarın dəbdəbəli həyat sürdüyünə dair sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Bu videolarda onun bahalı avtomobillərdə pozlar verməsi öz əksini tapıb.

İş adamının adı bir müddət öncə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranski ilə də yanaşı hallanmışdı. Mətbuatda gedən məlumatlata görə, R.Lənkəranski onun İtaliyada olan villasında gizlənibmiş. Fizulu Məmmədov özü isə bu xəbərləri təkzib etmişdi.

Ötən il Modern.az-a eksküliziv açıqlamasında Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə 3 milyon manat ayıracağı barədə vəd verən iş adamı, sonradan sözünü tutmadı. Müşahidələr göstərdi ki, onun 3 milyoluq vədi özünə “xal” toplamaqdan başqa bir şey deyilmiş!

Doğrudur, onun bu ismarıcını o vaxt cəmiyyətə Modern.az çatdırdı. Amma sonradan göründü ki, iş adamı bu məsələ ətrafında şəxsi istəklərini gerçəkləşdirir.

Təbii ki, bu yaxınlarda bir neçə qazi üçün mənzil hədiyyə edən Frenk Elkaponiyə təşəkkür düşür. Ancaq onu da sormaq lazımdır ki, ötən il Cocuq Mərcanlı ilə bağlı 3 milyon məsələsini niyə ortaya atmışdı?..

Bu barədə maraqlı məlumatlar var, araşdırmamız olacaq...


Paylaş:


Müəllif : Tarix:
5-02-2018, 11:26
  


loading...
Загрузка...