reklam
» » Südün böyük təhlükəsi aşkarlandı

reklam

Südün böyük təhlükəsi aşkarlandı

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika Mərkəzinin mütəxəssisləri pasterizə olunmamış süddən istifadənin antibiotiklərə qarşı davamlı infeksiyaların yayılmasına səbəb olduğunu müəyyənləşdirib.

 Bu barədə “ArsTechnica” jurnalında məlumat dərc olunub.

2016-cı ildə Kolorado ştatında Campylobacter jejuni bakteriyası ilə 12 yoluxma halı qeydə alınıb. Həmin bakteriya həzm sistemini zədələyərək, digər orqanlarda ikinci dərəcəli ocaqların, o cümlədən abseslərin və nekrozların ortaya çıxmasına səbəb olur.

Təzə sıxılmış südün satışı ştatda qanunsuz olsa da, bəzi fermer təsərrüfatı qaydalara əməl etmir. Epidemiyanın artıq 171 təsərrüfat obyektinə yaxınlığı bildirilir. Habelə onlardan yalnız 91-i hökumət tərəfindən xəbərdar edildikdən sonra süd satışını dayandırıb.

Tədqiqatçılar qeyd edirlər ki, pasterizə olunmamış südlə əlaqədar Campylobacter jejuni  infeksiyası 2015-ci ildə sürətlə yayılmağa başlayıb. 1993-cü ildən bəri qeydə alınan epidemioloji göstəricilərə əsasən, yoluxmada dörd qat artım olub.

Campylobacter jejuni simptomları qızdırma, bağırsaq qıc olması, ürəkbulanma və ishaldır. Mikroorqanizmlər suda və qida məhsullarına, o cümlədən süddə ola bilir. Bakteriyalar üç antibiotikə - tetraskilin, nalidiksik turşu və siprofloksatsinə qarşı davamlıdır.


Paylaş:


Müəllif : Tarix:
12-02-2018, 20:21
  
loading...