reklam
» » ŞƏHİD QIZINI ÖLÜM İŞİ: Qovulan müstəntiq dindirildi – “Atası oğluna kömək etməyimi istədi” + FOTOLAR

reklam

ŞƏHİD QIZINI ÖLÜM İŞİ: Qovulan müstəntiq dindirildi – “Atası oğluna kömək etməyimi istədi” + FOTOLAR

 İş adamının təzyiq və təklifləri ilə müstəntiq tərəfindən qəzanın törədilməsi sürücü Əmrulla Şahbazovun adına yazılıb

Şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı “JEEP” markalı avtomobillə  vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılır. O, iş adamının oğludur.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edir. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılır.
Məhkəmədə şahid qismində Vüqar Abbasov şahid dindirilib. Vüqar Abbasov bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncama götürülüb.
“Rəhimi cinayət işinin istintaqı zamanı tanımışam. Hadisə olan vaxtı Səbail rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. Hadisə noybarın 8-də baş verib. Məlumat daxil oldu. Dərhal hadisə yerinə getdim. Ora çatanda hadisə yerini mühafizə elədim. Maşının üstündə nömrə yox idi. Axtarış elədim. Nömrə baqajdan çıxdı. Polislərdən soruşdum, dedilər, sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs çıxdı. Dedi ki, hadisəni törətmişəm. Birinci meyiti morqa apardıq. Sonra idarəyə getdim. Əmrullanı dindirdim. Onun yalan danışdığımı bildim. Dərhal sonra cinayət işi açdım”- deyə şahid bildirib.

V.Abbasovun işdən çıxarılması ilə bağlı fevralın 12-də musavat.com məlumat vermişdi. Müstəntiqin işdən çıxarılmasına səbəb vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsidir. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilib.
Əmrulla Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə də alınıb. Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib.
Məhkəmənin davamında Vüqar Abbasov bildirib ki, işlə bağlı araşdıran zaman Rəhim Rəhimov əməlini etiraf edib.
Suallara cavab verən keçmiş müstəntiq qeyd edib ki, hadisədən xeyli sonra qəza barədə idarəyə məlumat verilib.
“Hadisədən bir saat sonra bizə deyilib. Mən hadisə yerinə gedəndə artıq çox sayda polis əməkdaşları var idi. 4 YPX maşını hadisə yerində idi. Təcili yardım da gəlib-getmişdi. Lakin meyiti aparmamışdılar. Meyiti mən aparmışam”- deyə şahid söyləyib.
V.Abbasov bildirib ki, hadisə şahidləri qəzanı cavan uşaq törətdiyini deyiblər: “Mən soruşsam da, həmin cavan oğlanı tapa bilmədik. Polis nəfəri də mənə yaxınlaşıb qəzanı törədən şəxsin burda olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, amma Rəhim ortalıqda yox idi”.
Suallara cavab verən müstəntiq qeyd edib ki, Rəhim Rəhimov hadisənin 20 gün sonra könüllü şəkildə təslim olib.
V.Abbasov söyləyib ki, Rəhim Rəhimov ilkin dindirilmə zamanı əməlini etiraf etmirmiş: “Sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki rəhbərliyə məruzə edilmişdi. Atası ilə bir neçə dəfə danışıq. Bildirdik ki, Rəhimi gətirsin. Bu birinci gündən belə olub”.
Keçmiş müstəntiq bildirib ki, sonra Rəhim Rəhimovun atası könüllü şəkildə idarəyə gəlib və qəzanı oğlunun törətdiyini etiraf edib: “Atasına bildirdik ki, oğlunu gətirsin. Noyabrın 14-də axtarışa verdik, 20-də gəldi”.

Müstəntiqin sonradan dedikləri isə daha maraqlı olub. O, iş adamı Arif Rəhimovla görüşdüyünü deyib: “Rəhim istintaqa gələnə qədər onun atası Arif ilə 2-dəfə iş yerində görüşdük. İkinci dəfə görüşümüz zamanı oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar getdi. Lakin həmin yerlərdə tapılmadı”.
Rəhim Rəhimov isə bildirib ki, hadisəni törədəndən sonra hər gün univeristeyə gedib.
O, əməliyyatçıların universitetə gəldiklərini də təsdiqləyib. Amma əməliyyatçılar onu yox, dostlarını aparıblar: “Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi. İki dostumu yanımdan apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi”.

İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.
R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, “Bayraq meydanı”nın yanında baş verib.

R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov “Xırdalan Xəz” ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.

 

***

Musavat.com-un əldə etdiyi məlumata görə, baş verən qəza hadisəsi ilə bağlı açılan cinayət işi üzrə istintaqı aparan müstəntiq Vüqar Abbasov işdən çıxarılıb. Onun hazırda sərəncamda olduğu bildirilir.

Müstəntiqin işdən çıxarılmasına səbəb vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsidir. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilib.

Əmrulla Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə belə, alınıb.

Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib.
Müstəntiq Vüqar Abbasov hətta Rəhim Rəhimovdan ifadə almışdı ki, qəzanı törədən şəxs Əmrulla Şahbazov olub. Amma məhkəmədə Rəhim Rəhimov və Əmrulla Şahbazov yalan ifadə verdiklərini etiraf ediblər. Onlar müstəntiqin təklifi ilə belə bir ifadə verdiklərini qeyd ediblər. Rəhim Rəhimov məhkəmədə hadisə yerindən qaçmasını və yalan ifadə verməsini izah edərkən söyləmişdi ki, hadisə yerinə gələn polis əməkdaşları ona atasını tanıdıqlarını və ailə sürücüləri gəldikdən sonra getməsini deyiblər.
Əldə etdiyimiz digər bir məlumata görə, bu cinayət işinin başdan yalnış şəkildə araşdırılmasının səbəbi Rəhim Rəhimovun atasıdır. Belə ki, onun təzyiq və təklifləri ilə müstəntiq tərəfindən qəzanın törədilməsi sürücü Əmrulla Şahbazovun adına yazılıb. Amma bu plan baş tutmayıb.
Əmrulla Şahbazov məhkəmədə ifadə verərkən bildirdi ki, Rəhimə atasından xəbərsiz maşın verdiyi üçün məsuliyyəti öz üzərinə götürmək istəyib. Bu səbəbdən də müstəntiqə qəzanı Rəhimin yox, özünün törətdiyini deyib.
Amma Əmrulla Şahbazov məhkəmədə suallara cavab verərkən söyləyib ki, qəzanı özünün törətməsi ilə bağlı ifadə verməsini müstəntiq istəyib: “Mən sadəcə ağ vərəqə imza çəkdim. Mən oxuya bilmirəm”.
Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.
İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, “Bayraq meydanı”nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.
“AzPolitika.info” onu da qeyd edir ki, 3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov “Xırdalan Xəz” ATSC-nin rəhbəridir. A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir.

sehhh

Məlumat üçün bildirək ki, R.Rəhimovun atası A.Rəhimov 2010 və 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib.

Qeyd edək ki, mərhum piyada K.Əkbərovanın anası Bəsti Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.

seh1sehid






Paylaş:


Müəllif : Tarix:
13-02-2018, 14:37
  
loading...