X
Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir? » Regionxeberleri.com Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir? » Regionxeberleri.com

reklam
» » Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?

reklam

Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?

"Klinik laboratoriyanın müdiri Aygün Alxasova elmlər namizədi olmasına və uzun illər işləməsinə baxmayaraq, indiyə qədər bilmir ki, yararlılıq müddəti keçmiş reaktiv va testlər işlədilə bilməz, çünki onlarla aparılan müayinələr dürüst olmur. Bu haqda ona yoxlama zamanı 3 dəfə xəbərdarlıq edilsə də, Səhiyyə Nazirliyindən gələn komissiya bunu qeyd etsə də, bu ilin yanvar ayında klinik laboratoriyada yenə də vaxtı keçmiş 8 qutu bahalı test sistemi aşkarlanıb və aktlaşdırılıb".

Bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova rəhbərlik etdiyi tibb müəssisəsi ilə bağlı səslənən ittihamlara aydınlıq gətirərkən deyib.

Direktorun sözlərinə görə, bu irada cavab olaraq A.Alxasova test sistemlərinin alındığı firmanın tövsiyəsini əsas gətirib: "O deyir ki, həmin test sistemlərini vaxtı keçəndan sonra da istifadə etmək olar. Savadlı həkim belə söz deyərmi?! Bundan sonra belə həkimin laboratoriya müdiri vəzifəsində işləməsinin düzgün olmadığına qərar verildi".

H.Qədirova bildirib ki, institutda 400-ə qədər işçi çalışır və onların böyük əksəriyyəti normal fəaliyyət göstərir. Lakin qayda-qanuna riayət etmək istəməyən 6-7 nəfər başqa məqsədlər güdür. Xəbərdarlıqlara baxmayaraq, bəzi həkimlar öz çirkin işlərini davam etdirdiklərinə görə müxtəlif növ intizam tənbehləri tətbiq olunub:

H.Qədirova qeyd edib ki, institutun Anesteziologiya-reanimasiya şöbəsinin həkimi, ixtisasca anestezioloq-reanimatoloq olan Vüqar Səfərov institutda vərəm xəstələrini gizli şəkildə ftiziatr kimi qəbul etdiyinə, onların müayinə və müalicəsini qeyri-adekvat apardığına, bununla vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olduğuna, gecə növbələri işi tərk edib xəstələri yardımsız qoyduğuna görə şöbə müdiri vəzifəsindən azad edilib.

H.Qədirova qeyd dib ki, Uşaq vərəmi şöbəsinin həkimi Səbinə Məmmədova xəstəyə laqeyd yanaşdığından və müalicəni düzgün aparmadığından xəstə uşağın ölümünə səbəb olduğu üçün ona töhmət verilib: "Lakin o, bundan sonra da qanunsuz əməllərinə davam edib, vərəmli xəstə olan tələbəyə "ikitərəfli pnevmoniya" diaqnozunun olması haqqında saxta arayış verib va onun imtahanda iştirakına şərait yaradıb ki, bununla da digər tələbələri və müəllimləri yoluxma təhlükəsi qarşısında qoyub. Dəfələrlə edilən xəbərdarlıqlardan va ikinci dəfə verilən şiddətli töhmətdən sonra S.Məmmədova işdən azad olunub.

H.Qədirova qeyd edib ki, özünü yüksək səviyyəli mütəxəssis kimi təqdim edən USM üzrə həkim Xatirə Əliyeva 2017-ci ilin iyun ayında sertifikasiya imtahanında 0 bal alaraq imtahandan kəsildiyinə görə nazirliyin əmrinə əsasən, 6 ay müddətində praktik fəaliyyətdən kənarlaşdırılıb. Lakin o, buna əməl etməyərək xəstələrin qəbulunu davam etdirməyə cəhd göstərdiyinə görə USM aparatından uzaqlaşdırılıb:

"Döş qəfəsi cərrahiyyəsi elmi şöbəsinin elmi işçisi Cəmil Ələkbərov institutun nizam-intizam qaydalarını pozub. O, özünü elmlər namizədi kimi qələmə versə də, Rusiyada yerinə yetirdiyi dissertasiya işini Azərbaycan Ali Attestasiya Komissiyasında müdafiə edə bilməyib".


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 00:19
  


loading...