reklam
» » Oğurlanmış şah əsər Serj Sarkisyanın kabinetində tapıldı

reklam

Oğurlanmış şah əsər Serj Sarkisyanın kabinetində tapıldı

Marinist İvan Ayvazovskinin Yerevanda-Ermənistan prezidenti Serj Sarkisyanın kabinetində tapılmış "Dəniz mənzərəsi" adlı rəsm əsəri ətrafında qalmaqal qızışır.

Kanal24.az  virtualaz.org-a istinadən bildirir ki, məsələ ondadır ki, rus rəssamının şah əsəri vaxtilə Rusiya biznesmeni, "Rus qızılı" Şirkətlər Qrupunun prezidenti Aleksandr Tarantsevin şəhərkənarı evindən oğurlanmışdı.

Bir müddətdən sonra Erməni Xeyriyyə Fondu "Pyunik" bu rəsmi təntənəli şəkildə Ermənistan prezidenti Serj Sarkisyana hədiyyə etdi. Tədbirdən xəbər və şəkillər erməni KİV-ində geniş yayıldı.

Bundan sonra Armtimes erməni informasiya nəşri ""Pyunik" Fondu Ermənistan prezidentinə İvan Ayvazovskinin oğurlanmış rəsmini hədiyyə etdi" başlıqlı məqalə dərc etdi.

Hazırda Serj Sarkisyanın Ayvazovskisinin "Dənizdə gəmi" aldı rəsmini hədiyyə aldığı barədə xəbər "Pyunik" fondunun saytından silinib, amma nəşr bildirir ki, fondun silinmiş xəbərinin ekran görüntüsü redaksiyadadır.

 
Son dərəcə pis vəziyyətdə qalan "Pyunik" fondu fevralın 17-də rəsmi məlumat yaydı ki, Ayvazovskinin Ermənistan prezidentinə hədiyyə edilmiş rəsmi guya saxta olub.

"Pyunik" fondu Ermənistan Respublikasının prezidentinə İvan Ayvazovskinin "Dəniz mənzərəsi" rəsmini hədiyyə etmişdi. Sonradan rəsm əsəri peşəkar ekspertizaya göndərildi. Ekspertizanın nəticələri göstərdi ki, o, Ayvazovskinin fırçasının məhsulu deyil və heç bir muzey dəyəri yoxdur. Buna görə rəsm hər hansı muzeyə verilməyib və indi də Ermənistan Prezidenti Administrasiyasındadır", - deyə fondun məlumatında bildirilib.

Xəbərdə o da bildirilir ki, bu rəsm Serj Sarkisyana Ermənistan prezidentinin qardaşı Levon Sarkisyanın icraçı orqanının rəhbəri olduğu "Pyunik" xeyriyyə fondu tərəfindən, nümayəndə heyətini qəbul edərkən, şəxsən təqdim olunmuşdu.



Paylaş:


Müəllif : Tarix:
20-02-2017, 00:05
  


loading...
Загрузка...