reklam
» » “Skripal zəhəri”: Rusiyada bankir necə öldürüldü...

reklam

“Skripal zəhəri”: Rusiyada bankir necə öldürüldü...

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə olunan sinir iflicedici vasitədən başqa cinayətdə də istifadə edilib.

“Kommersant” qəzeti hadisənin 1995-ci ildə Rusiyada baş verdiyini bildirib.

“O zaman cinayətkar bankir İvan Kivilidini və katibəsi zəhərlənmişdi. Kivilidinin telefonuna zəhərli vasitə yerləşdirən cinayətkar bununla hər iki şəxsi öldürməyi bacarmışdı. Telefona toxunan hər kəs anidən xroniki xəstəliyə yoluxmuşdular. Maraqlı məqam isə katibənin, ümumiyyətlə, telefona toxunmaması idi. O, bu zəhərə sadəcə kabinetin tozunu alan zaman yoluxmuşdu. Ölümündən az öncə yaxınlarına öz başına gələnlərin Kivilidinin ölümünə bənzədiyini deyən katibə bununla istintaqa onların zəhərləndiyini anlamağa yardım etmişdi. Ən maraqlı məqam isə zəhər yerləşdirən şəxsin də elə bu zəhərə yoluxması olmuşdu. Sonradan o, Sklifosovski İnstitutunda sağala bilmişdi.

Qətlin sifarişçisi isə Kivilidinin ortağı olan digər bankir Vladimir Xutsişvili idi”, - məqalədə bildirilib.


Paylaş:


Müəllif : Tarix:
13-03-2018, 10:49
  


loading...
Загрузка...