reklam
» » Trampın qərarından sonra Tillersondan ilk açıqlama

reklam

Trampın qərarından sonra Tillersondan ilk açıqlama

31 marta qədər vəzifəmin icrasını həyata keçirəcəyəm.

Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.

“31 mart vəzifədə son günüm olacaq. O günə qədər postdan kənarlaşdırılmağımla bağlı bir neçə məsələ ilə maraqlanacağam. Daha sonra mülki həyata qayıdacağam. Prezident Donald Trampla telefonda danışdım. Suriya və İraqda görüləsi çox işlər var. Müttəfiqlərimiz olmadan bunu bacara bilmərik”, - Tillerson bildirib.

Qeyd edək ki, D.Tramp Dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq onun yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirib.

MKİ-yə isə bu vaxtadək müavin vəzifəsini icra edən xanım Cina Hespel rəhbərlik edəcək.


Paylaş:


Müəllif : Tarix:
13-03-2018, 23:10
  


loading...
Загрузка...