reklam
» » Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumların sayı açıqlanıb

reklam

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumların sayı açıqlanıb

Azərbaycanda 2017-ci il ərzində penitensiar müəssisələrdə saxlanılan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 5 min 570 nəfər olub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı isə 2 min 923 nəfər olub.



Paylaş:


Müəllif : Tarix:
20-03-2018, 20:22
  


loading...
Загрузка...