Ermənistan Azərbaycanla sərhədə “İsgəndərləri” göndərməyi planlaşdırır » Regionxeberleri.com Ermənistan Azərbaycanla sərhədə “İsgəndərləri” göndərməyi planlaşdırır » Regionxeberleri.com

reklam
» » Ermənistan Azərbaycanla sərhədə “İsgəndərləri” göndərməyi planlaşdırır

reklam

Ermənistan Azərbaycanla sərhədə “İsgəndərləri” göndərməyi planlaşdırır

Bakı Yerevanın Azərbaycanla sərhəddə “İsgəndər” komplekslərini yerləşdirmək planları ilə bağlı informasiyanı araşdıracaq.

Bunu Azərbaycanın XİN-i Elmar Məmmədyarov bildirib.

“Bu informasiyanın hərtərəfli araşdırılması tələb olunur” deyə E.Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi  açıqlamada qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın MN-i Viqen Sarkisyan, Yerevanın silah tədarükü baxımından Rusiyalı tərəfdaşları ilə işbirliyini davam etdirdiyini bəyan etmişdi.

Məlumata  görə, Ermənistan tərəfi yeni “İsgəndər” partiyalarının alınması üçün Rusiyadan üçüncü kredit tranşını qəbul etməyə hazırlaşır.

Ermənistan KİV-nin məlumatına görə əvvəlkilərdən fərqli olaraq,  yeni kredit faizsiz olacaq və onunla daha böyük partiyalarda “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri alınacaq.  Həmin komplekslərin Azərbaycanla sərhədə yerləşdiriləcəyi bildirilir.


Paylaş:


Müəllif : Tarix:
6-04-2018, 23:01
  


loading...