X
YENİ KOMİTƏ SƏDRİ SAMİR NURİYEV KİMDİR? – DOSYE » Regionxeberleri.com YENİ KOMİTƏ SƏDRİ SAMİR NURİYEV KİMDİR? – DOSYE » Regionxeberleri.com

reklam
» » YENİ KOMİTƏ SƏDRİ SAMİR NURİYEV KİMDİR? – DOSYE

reklam

YENİ KOMİTƏ SƏDRİ SAMİR NURİYEV KİMDİR? – DOSYE

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Samir Rafiq oğlu Nuriyev təyin edilib.
Qeyd edək ki, S.Nuriyev bu təyinatadək Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu ilin fevralın 18-də vəfat edib.

Samir Nuriyev 1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsi mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir.
1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışmışdır, o cümlədən: 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində.
2006-cı ildə o, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Yeni Azərbaycan partiyasının üzvüdür. Evlidir, iki uşaq atasıdır.


Paylaş:


Müəllif : Tarix:
21-04-2018, 21:12
  


loading...