“İsrail kəşfiyyatı Azərbaycan ərazisindən istifadə etməyib” – RƏSMİ AÇIQLAMA
Rəsmi Bakı İranın nüvə arxivinin oğurlanması üçün İsrail xüsusi xidmət orqanlarının Azərbaycan ərazisindən istifadə etmələri ilə bağlı yayılan məlumatı təkzib edir.
Daha öncə Küveytdə dərc olunan “Əl-Carida” qəzeti iddia etmişdi ki, İsrailin xüsusi xidmət orqanları “İranın nüvə arxivinin oğurlanması ilə nəticələnmiş qəfil əməliyyat həyata keçiriblər və arxiv Azərbaycanın ərazisindən çıxarılıb”.
Nəşr qeyd edir ki, sənədlər 2018-ci ilin yanvar ayında oğurlanıb. Bildirilir ki, Azərbaycan hakimiyyətinin əməliyyat barədə məlumatı olmayıb. Oğurlanmış arxiv sərhəd məntəqələrini yan keçməklə Azərbaycana gətirilib və buradan hava yolu ilə İsrailə aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.
“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”, – deyə Hikmət Hacıyev qeyd edib.
Paylaş:
Müəllif : Yazar2
Tarix:4-05-2018, 21:21
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar2
Tarix:4-05-2018, 21:21

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:17
Dünən, 14:19
Dünən, 13:08
Dünən, 11:56
Dünən, 00:55
Dünən, 00:17

“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?” - QALMAQAL

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT
Saytı bəyənirsinizmi?