“Bu, böyük bir biabırçılıqdır” - Fazil Mustafa » Regionxeberleri.com “Bu, böyük bir biabırçılıqdır” - Fazil Mustafa » Regionxeberleri.com

reklam
» » “Bu, böyük bir biabırçılıqdır” - Fazil Mustafa

reklam

“Bu, böyük bir biabırçılıqdır” - Fazil Mustafa

“Səməd Seyidovun AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib getməməsi məsələsi  Mili Məclisdə müzakirə olunmayacaq. Hər halda  partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, sanskiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün  hər cür vasitəyə əl atıblar: “Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini  zəiflətmək üçün bunu ediblər.

Səməd Seyidovun AŞPA-da nüfuzu çox böyükdür.  Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Bu məsələdə elə mənəvi kriteriyalar var ki, yəqin ki orada iştirak etməyin bir anlamı qalmır. Səsvermə, seçilmək , danışmaq yoxdur. Elə-belə gedib gəlməyin bir mənası qalmır ki? Hər halda nümayəndə heyəti bu məsələni yenidən orada gündəmə gətirəcək.

Bu böyük bir biabırçılıqdır”.

O qeyd edib ki, Milli Məclisin qərarının hansı istiqamətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: “Hər halda Səməd Seyidovun AŞPA-da olmaması Azərbaycan üçün ciddi itkidir. Rəhbərliyə başqa şəxsin təyin edilməsi məsələsi mümkündür. İndiki real istiqamət onu göstərir.  AŞPA-dakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də rəhbərlik səviyyəsində vaxtaşırı olaraq müzakirə olunur. Ancaq tərkibin dəyişdirilməsi məsələsi də mümkündür. Çünki iki nəfər üzv  olaraq dövlət orqanlarında vəzifəyə təyin olunub. Onların yerinə təyinatlar olmalıdır. Ola bilsin ki, növbəti iclasların birində  bu məsələ müzakirə olunsun, yaxud da ki rəhbərlik səviyyəsində qərar qəbul edilsin”.


Paylaş:


Müəllif : Tarix:
17-05-2018, 15:09
  


loading...