X
Polkovnikin ailəsi varidatı geri tələb edir » Regionxeberleri.com Polkovnikin ailəsi varidatı geri tələb edir » Regionxeberleri.com

reklam
» » Polkovnikin ailəsi varidatı geri tələb edir

reklam

Polkovnikin ailəsi varidatı geri tələb edir

Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun ailəsi məhkəməyə müraciət edib.

Onun arvadı Şəhla Ələkbərova ərinin əmlakının onlara qaytarılmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərovun 1,3 milyon manatlıq əmlakı cinayət yolu ilə əldə edilmiş mülk kimi müsadirə edilib. Həmin əmlaklarin zərərçəkənlərdən yalnız Akif Qurbanova dəyən ziyanın ödənilməsinə yönəldilməsi üçün qərar verilib. V.Ələkbərovun ailəsi isə varidatın geri qaytarılmasını istəyir.

Bu işlə bağlı məhkəmə prosesi iyunun 14-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə  V.Ələkbərovun cəzasını 5 ilə endirib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.


Paylaş:


Müəllif : Tarix:
9-06-2018, 13:42
  


loading...