reklam
» » “Ermənilər şəhidlərimizin silahını götürmək istəyib” - Neytral zonadakı 1 gün gecikmə…

reklam

“Ermənilər şəhidlərimizin silahını götürmək istəyib” - Neytral zonadakı 1 gün gecikmə…

Azərbaycan-Ermənistan təmas xəttində baş verən sonuncu gərginlikdən sonra Ermənistan tərəfi şəhidlərimizin nəşinin neytral zonadan 1 gün gecikmə ilə çıxarılmasına səbəb olmuşdu. Ermənistan beynəlxalq konvensiyanı pozaraq bəzi tələblər irəli sürmüşdü.
 
Bəs beynəlxalq konvensiyada neytral zonada qalmış cəsədlərin çıxarılması prosesi necə əks olunub və ermənilər hansı tələbləri irəli sürüb?

 
Bu məsələlərə Qarabağ döyüşçüsü, peşəkar hərbçi, polkovnik-leytenant Nazim Bayram aydınlıq gətirib. Onun yazısını olduğu kimi təqdim edirik:
 
 
"Təsəvvür edin, iki qarşı tərəf səngərlərini qazıb, sabit mövqelərdə illərdir oturub, bir-birlərini güdürlər. Qarşı tərəflərin səngərlərinin arasında məsafə relyefə və döyüş şəraitinə görə 50 metrdən 1 km qədər (yaxud daha çox) ola bilir. Qarşı tərəflərin səngərlərinin arasındakı məkan (torpaq sahəsi və hava məkanı) hər iki tərəfin nəzarətində olur və real və potensial döyüş meydanıdır. "Neytral” sözü bizdə şərti istifadə olunur. Neytral ərazinin rəsmi statusu olur. Neytral ölkələr olur, sərhədlər arasında neytral zolaq olur...

Təmas xəttində bu məkana, qarşı tərəflərin hər biri nəzarət edir. Nəzarət nə deməkdir? Hər iki tərəf həmin sahəni görür (vizual - gözüylə və müşahidə cihazları ilə) və müxtəlif silahlardan atəşə tuta bilir (atəş nəzarəti). Ümid edirəm, bura kimi aydın oldu.

Haşiyə. Savaşlar ox-nizələrlə aparılan zamanlardan ölənləri döyüş meydanından çıxarmaq və dəfn etmək üçün qarşı tərəflərin razılaşması əsasında döyüşlərə fasilə verilib. Müasir müharibələrdə də bu, qəbul olunmuş praktikadır. Bunun üçün danışıqlar aparılır və tərəflər döyüşü dayandırıb, ölülərini döyüş meydanından çıxarandan sonra döyüşə davam edirlər.

Bizdə də belədir. Aprel döyüşlərindən sonra hər iki tərəfin ölənlərini döyüş meydanından götürmək üçün atəş dayandırıldı, danışıqlar aparıldı və müəyyən olunmuş prosedur əsasında ölülər çıxarıldı.

Belə danışıqlar (siyasi rəhbərliyin icazəsi ilə) tərəflərin səlahiyətli hərbçiləri arasında aparılır. Bu hərbçilər tanınmış dövlətin ordusunun hərbçiləri, tanınmamış dövlətin hərbçiləri, terrorçu ordularının nümayəndələri, cəngəlliklərin yarılüt döyüşçüləri ... və b. ola bilər. Burada əsas kiminsə siyasi statusu deyil, danışıqları aparan hərbçinin buna və əldə olunacaq razılaşmaya əməl olunacağına dair səlahiyətləri olmasıdır.

Fevralın 25-i "neytralda” həlak olmuş hərbçilərimizin meyitləri sözügedən "neytral” ərazidə qalmışdı və həm bizim, həm də düşmənin müşahidə və atəş nəzarətində idi. Nə biz (ermənilərin atəşinə görə), nə ermənilər (bizim atəşimizə görə) meyitlərə yaxınlaşa bilmirdilər. Meyitləri çıxaranda yenidən qan tökülməməsi üçün ATƏT və Qırmızı Xaç Komitəsinin vasitəsilə meyitlərin döyüş meydanından çıxarılması ilə bağlı danışıqlar aparıldı və meyitlərin çıxarılması zamanı atəşin açılmaması barədə razılığa gəlindi. Ölü yiyəsi biz olduğumuz üçün təbii ki, bu razılaşma bizə lazım idi.

Gəldik meyitlərin döyüş meydanından çıxarılması proseduruna.
Razılaşma əldə olunandan sonra erməni tərəfindən ATƏT nümayəndəsi və Qırmızı Xaç Komitəsinin nümayəndələri və iki erməni zabiti hərbçilərimizin həlak olduqları yerə yaxınlaşmışdı.

Həmçinin bizim tərəfdən ATƏT nümayəndəsi, Qırmızı Xaç Komitəsinin nümayəndələri və iki zabit həmin yerə yaxınlaşmışdı. (Hər iki tərəf gəldikləri marşrutları minalardan təmizləmişdilər)

Beynəlxalq konvensiyalara uyğun bizim meyitlərə ilk yaxınlaşan ATƏT və Qırmızı Xaç nümayəndələri və erməni zabiti olmuşdu. Əgər ölmüş, erməni hərbçiləri olsaydı, ilk bizim nümayəndələr yaxınlaşardı. Qayda belədir- ilk olaraq qarşı tərəf baxış keçirir. Ancaq meyitlərə baxışı qarşı tərəfin bir zabiti keçirir.

Bu, fevralın 25-i günorta olmuşdu. Erməni zabiti həlak olmuş hərbçimizə yaxınlaşıb, baxış keçirib, silahını 10 addım qırağa qoyub, kənara çəkilirdi. Bu zaman Azərbaycan hərbi nümayəndə bizim tərəfdən gəlmiş Qırmızı Xaçın nümayəndəsi ilə hərbçinin cəsədinə yaxınlaşır, xərəklə hazır duran əsgərlərimizi çağırıb, meyiti xərəyə qoyub, hərbi salamla xərəyi çiyinlərinə alıb, aparırdılar. Bundan sonra digər hərbçimizin meyidinə əvvəlcə erməni yaxınlaşır, baxış keçirir, silahını kənara qoyur, daha sonra bizimkilər yaxınlaşır, meyidi aparırdılar.
Hərbçilərimizin meyitləri bu qayda ilə çıxarılmışdı.

Erməni tərəfi silahları özünə götürmək istəmiş, lakin Azərbaycan tərəfi silahların ermənilər tərəfindən aparılmasına etiraz eləmişdi. Beynəlxalq konvensiyalara uyğun "neytralda” ölən hərbçilərin meyitləri danışıqlar yolu ilə çıxardılırsa, həlak olmuş hərbçilərin silahları tərəflərin heç birinə verilmir, həmin yerdə (torpaqda, açıq havada) qalır. Ermənilər silahları özlərinə götürmək cəhdi ilə konvensiyanın və əldə olunan razılaşmanın bu müddəasını pozmağa cəhd etdilər. Azərbaycan tərəfi silahların düşmənə verilməsinə qəti etiraz etdi. Buna görə meyitlərin döyüş meydanından çıxarılması daha bir gün uzandı.

Daha bir gün sonra ermənilər silahların "neytralda” qalması şərtilə razılaşdılar və meyitlərimiz çıxarıldı. Beləliklə, silahlar hazırda da "neytraldadır”, onlara heç kəs yaxınlaşa bilmir".(bakupost)


Paylaş:


Müəllif : Tarix:
1-03-2017, 11:51
  


loading...
Загрузка...