reklam
» » Gəncədə SON DURUM-VİDEO

reklam

Gəncədə SON DURUM-VİDEO

  Bu gün sosial şəbəkələr vasitəsi ilə Gəncə Şəhər İcra Hakimiyyəti qarşısında planlaşdırılan etiraz aksiyası baş tutmayıb. AzEuroNews.com xəbər verir ki, bir neç gündür ki, ayrı-ayrı şəxlər tərəfindən Gəncənin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyevin ailəsinin şəhərdən çıxarılması tələbi ilə aksiya çağrışları edilirdi.
Aksiya bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında planlaşdırılmışdı.

Lakin jurnalist Mahir Məmmədlinin Facebookda paylaşdığı videodan da aydın görünür ki, aksiya keçirilməyib. Eyni zamanda deyildiyi kimi icra hakimiyyətinin inzibati binası qarşısında heç bir hərbi texnika gətirilməyib.

Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə paylaşım edən bir qrup şəxs isə, həbs cəzası alıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dünən 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar qeyri-qanuni çağırışlar etməkdə təqsirləndirilirlər.




Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 08:31
  


loading...
Загрузка...