reklam
» » Bir ailənin 3 üzvünü öldürən ssenaristin cəzası bəlli oldu

reklam

Bir ailənin 3 üzvünü öldürən ssenaristin cəzası bəlli oldu

İzmirdə sərxoş halda yüksək sürətlə idarə etdiyi avtomobillə qəza törədən və 3 nəfərin ölümünə səbəb olan ssenarist-yazar Əmrah Sərbəsə verilən cəza açıqlanıb.

Türkiyə mediasının məlumatına görə, "1-dən çox insanın ölümünə səbəb olma" cinayəti ilə ittiham edilən ssenarist 13 il 4 ay həbsə məhkum edilib.

Daha əvvəl Əmrahın yerinə cinayəti üzərinə götürən Kənan Doğruya da 1 il həbs cəzası verilib. Sərbəs cəzasının 7 il 2 ay 20 gününü həbsxanada keçirəcək.

Əmrah məhkəmə zalında ölümünə səbəb olduğu Özçelik ailəsinin yeganə sağ üzvü Əhməd Özçelikdən və yaxınlarından üzr istəyib: "Mənim üzümdən bütün ailəni itirdin. Qəza idi. Məndən asılı olmayan səbəblərdən baş verdi. Kaş, mən ölərdim. Bunu hər gün deyirəm".


Paylaş:


Müəllif : Tarix:
12-07-2018, 19:41
  


loading...
Загрузка...