reklam
» » Telman İsmayılov məşhur müğənnini oğurlatdırıb? - 14 il sonra şikayət

reklam

Telman İsmayılov məşhur müğənnini oğurlatdırıb? - 14 il sonra şikayət

Rusiyalı müğənni Avraam Russo hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyüblər.

 Bu barədə “Kommersant” nəşri anonim mənbəyə istinadən məlumat yayıb.
 
İstintaq Komitəsi sentyabrın 17-də Russonun döyülməsi və oğurlanması ilə bağlı cinayət işinə başlayıb. Elə həmin gün bu işdə şübhəli bilinənlərdən biri - “Praqa” restoranın keçmiş baş direktoru, İsmayılovun qardaşı oğlu Zaur Mərdanov saxlanılıb.

Bu hadisədən sonra Russo ilə Mərdanov arasında qarşıdurma yaranıb.

Ehtimal olunur ki, Telman İsmayılov sənətçini oğurlatdıraraq ondan bütün konsertlərini ləğv etməsini, gələcəkdə yalnız iş adamı və onun qonaqları üçün çıxış etməsini istəyib.

O, Russonun oğurlanması üçün Mərdanovu və ətrafında olan daha 5 nəfəri bu işə cəlb edib.

T. İsmayılovun vəkili Marina Rusakova hesab edir ki, müştərisinin ünvanına səsləndirilən fikirlər qanunsuz, uydurma və absurddur. O, Russonun hadisədən 14 il sonra şikayət etməsini məntiqsiz sayıb.

Xatırladaq ki, Telman İsmayılov 2016-cı ilin mayında Moskva vilayətində öıdürülən biznesmenlər Vladimir Savkin və Yuriy Brilevin qətlinin təşkilində şübhəli bilinərək 2017-ci ildə ona qarşı ittiham qaldırılıb. Biznesmen beynəlxalq axtarışa verilib.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 23:46
  


loading...
Загрузка...