reklam
» » Rusiya təyyarəsinin vurulma anı canlandırıldı - Video

reklam

Rusiya təyyarəsinin vurulma anı canlandırıldı - Video

18 sentyabr gecəsində Suriyanın Latakiya bölgəsində Rusiyaya məxsus “İl-20” təyyarəsinin vurulma anı 3D effektlə canlandırılıb.

Rusiya Hava Qüvvələrinin hazırladığı videoda “İl-20”nin Xmeymim bazasından qalxaraq bölgədə kəşfiyyat apardığı görülür.

Daha sonra İsrailə məxsus Latakiyaya hava zərbələri endirdiyi üçün “İl-20” həmin bölgəyə doğru hərəkət edir. İsrail təyyarələri Rusiya təyyarəsinin arxasında olduğu üçün Suriya hava hücumundan müdafiə sistemlərinin açdığı atəş “İl-20”yə dəyir.

Qeyd edək ki, hadisə zamanı 15 əsgər ölüb. Rusya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hadisəyə görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi  

 Paylaş   Tweet   Paylaş


Paylaş:


Müəllif : Tarix:
23-09-2018, 20:03
  


loading...
Загрузка...