reklam
» » Azərbaycana gəldilər, 888 milyon manat xərclədilər

reklam

Azərbaycana gəldilər, 888 milyon manat xərclədilər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub.

“Marja” xəbər veri ki, “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 1 milyon 976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 184 milyon AZN və ya 26 faiz artıb.

2018-ci ilin avqust ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 141 milyon manat təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 39 faiz artıb.


Paylaş:


Müəllif : Tarix:
1-10-2018, 14:02
  


loading...
Загрузка...