» » Kərəm Həsənovun işçisi vətəndaşı süründürməçiliyə məruz qoyub-ŞİKAYƏT

Kərəm Həsənovun işçisi vətəndaşı süründürməçiliyə məruz qoyub-ŞİKAYƏT

 
RegionXəbərləri.com-a Zərdab rayon sakini Rafiq Abdurəhmanov şikayət məktubu ilə müraciət edib.Narazı vətəndaş mətbuat vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edir.Müraciəti olduğu kimi dərc edirik.


"Cənab Kərəm Həsənov 2000-ci ildə ev tikmək üçün həyətyanı torpaq sahəsi götürmüşəm.Bu həyətyanı torpaq sahəsinin 316 A saylı şəhadətnaməsidə var.2015-ci ilin fevral ayında müraciət etdim ki , həyətyanı sahəm sənəddən torpaq üzərinə köçürülsün.Mənim bu müraciətimə cavab verdilər ki, ərazi üzrə Ucar rayonunda yerləşən Ünvanlı Reyestri Xidmətinə müraciət edim.Ünvanlı Reyestri Xidmətinə müraciət etdikdə isə oranın rəisi Pəhlivan Güləliyev mənə qiymət cədvəli verdi. 13 may 2016 ci il tarixində Kapital bankin Zərdab filialına  TT 478752 sayli ödəniş ceki ilə 60 manat miqdarinda xidmət haqqini Ünvanlı Reyestri Xidməti kadastir və Yer Qurluşu L.T.M hesablaşma hesabına ödəmişəm. Həmin idarəyə muraciətlərimin ustundən 9 ay vaxt keçməsinə baxmayaraq Pəhlivan Guləliyev muxtəlif səbəblərlə məni incidir və ödədiyim pulun muqabilində mülkiyyətimdə olan həyətyanı torpaq sahəmi ölcüb mərz nişanlari qoymur. Məcbur olub Şirvan İnzibati İqtisad Məkəməsinə muraciət etdim. Keçirilən 8 məhkəmədən sonra Şirvan İnzibati İqtisadi Məhkəməsi mənim müracətimi təmin edərək torpağımın sənəddən torpaq üzərinə köçürülərək mənə təhvil verilməsinə dair qərar çıxartdı.i Lakin məhkəmənin ədalətli qərarindan narazı qalan cavabdeh Pəhlivan Gulaliyev əsassız olaraq apeliyasiya şikayəti verərək məni incitməkdə davam edir.Bu hərəkətləri ilə Pəhlivan Guləliyev Ulu Öndərimizin layiqli davamcisi olan Prezdentimizin "Xalqı incitməyin biz xalqın xidmətçiləriyik" deyə tarixi muraciyyətinin əksinə gedir.Xahiş edirəm həmin tarixi müraciəti ona izah edəsiniz"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...


RegionXəbərləri.com




Paylaş:


Müəllif : Tarix:
9-01-2017, 02:07
  
loading...