reklam
» » Krımda kollecə hücumun videosu yayıldı - YENİLƏNİB

reklam

Krımda kollecə hücumun videosu yayıldı - YENİLƏNİB

İnternetdə Kerçdə kollecə hücumun yer aldığı kadrlar yayılıb. 

18 yaşlı Vladislav Roslyakovun açdığı atəş nəticəsində 19 nəfər ölüb, 39 nəfər yaralanıb. 

Bildirilir ki, polis V. Roslyakovun şəxsi əşyalarında daha bir partlayıcı qurğu aşkar edib. Həmin qurğu zərərsizləşdirilib. 

19.33

Krımda kollecdə partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. 

Bu barədə regionun fövqəladə hallar xidmətinin məlumatında deyilir.

Bildirilir ki, partlayış zamanı yaralanan onlarla insan xəstəxanalara yerləşdirilib. 

16.47

Rusiya İstintaq Komitəsindən bildirilib ki, Kerçidəki kollecdə baş verən partlayış zamanı ölənlərin sayı 13-ə çatıb, 50-dən çox insan yaralanı

Ölən və yaralananların çoxu yeniyetmədir. 

Krımda üç günlük matəm elan olunub.

15:07

Krımın Kerçensk politexnik kollecində baş verən partlayış nəticəsində 10 nəfər ölüb və 50 nəfər yaralanıb. 

Məlumatlarda partlayışın kollecin yeməkxanasında baş verdiyi bildirilib.

Qeyd edilir ki, hadisə partladıcı qurğunun işə salınmasının nəticəsində baş verib.


 





Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 23:32
  


loading...
Загрузка...