reklam
» » Dünya əhalisinin artım proqnozu açıqlanıb

reklam

Dünya əhalisinin artım proqnozu açıqlanıb

2050-ci ilədək dünya əhalisi daha 2,2 milyard nəfər artacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dərc edilən hesabatda bildirilib.

Sənəddə vurğulanıb ki, bir qadına düşən dörd və daha çox uşaq səviyyəsində ən yüksək doğum əmsalına malik 43 ölkədən 38-nin yerləşdiyi Afrika qitəsinin dünya əhalisindəki payı 17 faizdən 26 faizədək artacaq: “Sosial iqtisadi inkişafla doğum səviyyəsi arasındakı tarixən müşahidə olunan tərs mütənasiblik bəzi inkişaf etmiş ölkələrdə pozula bilər. Bunun üçün dövlət daha çox övlad istəyən, amma maddi vəziyyəti buna əl verməyən ailələr üçün yardım proqramları tətbiq etməlidir. Belə ki, yaxın keçmişdə Fransa və Norveç kimi ölkələrdə doğumun artması qeydə alınıb.


Paylaş:


Müəllif : Tarix:
18-10-2018, 21:07
  


loading...
Загрузка...