Azərbaycanın sabiq maliyə naziri Fikrət Yusifov Real TV-də işə başlayıb.

RegionXeberleri.com  A24.Az-a istinadən xəbər verir ki, “Real iqtisadiyyat” verilişi sabiq nazirin təqdimatında yayımlanır.

Verilişin yayımına dünən saat 20:30-da başlanılıb.

Qeyd edək ki, Fikrət Yusifov 1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsində, daha sonra, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan respublikası maliyyə naziri vəzifəsində işləyib.