reklam
» » “Azərbaycan insanı keyfiyyətsiz qidalandığından…”

reklam

“Azərbaycan insanı keyfiyyətsiz qidalandığından…”

“Bu gün Azərbaycanda onkoloji və QİÇS xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi isə normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır”.

Bunu deputat Fazil Mustafa parlamentin komitə iclasında büdcə layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil: “Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.

Deputat həmçinin uşaqların normal qidalanmadan əziyyət çəkdiklərini və bunun nəticəsində normal fizionomiyaya malik olmadıqları probleminə diqqətin ayrılmasını zəruri hesab edib: “Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisindən çox az qismin normal fizionomiyaya malik  olduğunun şahidi oluruq. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu görürük. Bunun səbəbinin biri orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi qidalanma ilə əlaqəlidir.

Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”.

O, eyni zamanda uşaq pullarının və doğuşa görə birdəfəlik müavinətin həcminin artırılmasını təklif edib.

F. Mustafa bildirib ki, bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmazsa 6 yaşadək uşaqlara uşaq pulu verilməsi təmin edilməlidir.


Paylaş:


Müəllif : Tarix:
7-11-2018, 13:21
  


loading...
Загрузка...